az| en
Baş səhifə
Saytın xəritəsi
Əlaqə
 
   Nazirlik
   Qanunvericilik
   Nəqliyyat
   Nəqliyyat siyasəti
   Nəqliyyat dəhlizləri
   Beynəlxalq əməkdaşlıq
   Lisenziyalaşdırma
   Məlumat bazası
   İctimaiyyətlə əlaqə
   Saytın xəritəsi
 
Nəqliyyat məsələləri Vyana və Brüsseldə müzakirə olunacaq
11.01.2010

Müzakirələr ATƏT-in 18-ci İqtisadi və Ətraf Mühit Forumunun və Avropa İttifaqı ilə Azərbaycan arasında Enerji, Nəqliyyat və Ətraf  Mühit üzrə Alt Komitənin 5-ci iclası çərçivəsində aparılacaq.

2010-cu il 1-2 fevral tarixlərində Vyana şəhərində ATƏT-in 18-ci İqtisadi və Ətraf Mühit Forumunun 1-ci hissəsi keçiriləcək. Konfransın mövzusu sərhəd keçidlərində səmərəli idarəçiliyin təşviq edilməsi, quru nəqliyyatında təhlükəsizliyin artırılması və ATƏT regionunda avtomobil və dəmir yolu vasitəsi ilə beynəlxalq daşımaların asanlaşdırılmasıdır.
Tədbirdə region ölkələrinin nəqliyyat və tranzit siyasəti ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir.
 
                                                                *******

2010-cu il 4 fevral tarixində Brüssel şəhərində Avropa İttifaqı ilə Azərbaycan arasında Enerji, Nəqliyyat və Ətraf mühit üzrə Alt-Komitənin 5-ci iclası keçiriləcək. İclasda Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərə dair görülmüş işlərin, eləcə də Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində qeyd olunan məsələlərin müzakirə ediləcəyi gözlənilir.
İclasların hər ikisində Nəqliyyat Nazirliyinin nümayəndələri də iştirak edəcək.

 
Nəqliyyat-Yol kompleksi
Avtomobil Nəqliyyatı
Dəmir Yolu Nəqliyyatı
Su Nəqliyyatı
Mülkü Hava Nəqliyyatı
Avtomobil Yolları
© 2006 Nəqliyyat Nazirliyi
Texniki dəstək və inkişaf Informatika və Məlumat sektoru tərəfindən həyata keçirilir
MEQA şirkətinin istehsalı