Baş səhifə


19.01.2017

    20 yanvar faciəsinin 27-ci ildönümü münasibətilə Nəqliyyat nazirliyində anım mərasimi keçirilib. 
    Əvvəlcə Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərin  xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Nəqliyyat Nazirinin müavini cənab Musa Pənahov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizənin tarixindən, 1990-cı il yanvarın 20-də baş verən hadisələrdən danışıb, Ermənistanın təcavüzkar hərəkətlərini və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığını xatırladıb. Nazir müavini qeyd edib ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi, məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. 


 bütün xəbərlər