Baş səhifə


09.12.2016

   Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Nəqliyyat Naziri cənab Ziya Məmmədovun 16 dekabr 2016-cı il tarixində Yevlax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbul vaxtı 30 dekabr 2016-cı il tarixinə dəyişdirilmişdir.
   Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 28 dekabr 2016-cı il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaqdır:
 
 • Yevlax şəhəri, Bakı prospekti-31 (Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Yevlax regional şöbəsinin inzibati binası);
 • Bərdə rayonu, Güloğlular kənd (Avtovağzalın inzibati binası);
 • Ağdam rayonu, Quzanlı qəsəbəsi (Avtovağzalın inzibati binası).


 bütün elanlar