Baş səhifə


07.12.2016

   Tədbirdə nəqliyyat naziri cənab Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir 

   05-09 dekabr 2016-cı ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Nəqliyyat üzrə Konfrans və azirlər Görüşü keçirilir. Azərbaycan Respublikasının nəqliyyat naziri cənab Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın nəqliyyat naziri Maksim Sokolovun dəvəti ilə tədbirdə iştirak edir. 
   Tədbirdə regional nəqliyyat sisteminin fəaliyyət istiqamətlərinin dəyərləndirilməsi, (II mərhələ: 2012-2016-cı illər), sabit nəqliyyat əlaqələri üzrə regional fəaliyyət proqramının müzakirəsi və qəbul edilməsi (I mərhələ: 2017-2021-ci illər) nəzərdə tutulur. 
   Görüşün sonunda Nazirlər Bəyannaməsinin qəbul edilməsi gözlənilir. 


 bütün xəbərlər