Baş səhifə


18.11.2016

  Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Nəqliyyat Naziri cənab Ziya Məmmədov 25 noyabr 2016-cı il tarixində Cəlilabad şəhərində Biləsuvar, Masallı və Cəlilabad rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 
  Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 23 noyabr 2016-cı il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaqdır:
  • Biləsuvar şəhəri, Heydər Əliyev prospekti-117;
  • Masallı şəhəri, Heydər Əliyev prospekti-30;
  • Cəlilabad şəhəri, Heydər Əliyev prospekti-1.

 bütün elanlar