Baş səhifə


19.10.2016

  Tədbirdə Nəqliyyat Nazirliyindən və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından nümayəndə heyəti iştirak edəcək.
  19-20 oktyabr 2016-cı il tarixində Belçikanın Brüssel şəhərində Aİ Şərq Tərəfdaşlığı proqramının "İqtisadi inteqrasiya və Aİ siyasətinə uyğunlaşma" üzrə 2-ci çoxtərəfli platforması çərçivəsində Nəqliyyat Panelinin 11-ci iclası keçiriləcəkdir. İclas zamanı, Rotterdamda keçirilmiş Nazirlər görüşündən sonra görülmüş işlər, yarana biləcək problemlərin aradan qaldırılması yolları, eləcə də TEN-T şəbəkəsinin genişləndirilməsi istiqamətində həyata keçiriləcək layihələr və onların maliyyələşdirmə mexanizmlər ilə bağlı məsələlər müzakirə ediləcək.
  Müzakirələrdə  Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyindən və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından nümayəndə heyəti iştirak edəcək.


 bütün xəbərlər