Baş səhifə


29.09.2016

  Tədbirdə iki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, energetika, təhsil, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.
  29 Sentyabrın 2016-cı il tarixində Azərbaycan və Bolqarıstan respublikaları arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası keçirilib. Tədbirdə çıxış edən nəqliyyat naziri cənab Ziya Məmmədov bildirib ki, Azərbaycanla Bolqarıstan arasında əməkdaşlıq münasibətləri dostluq və qarşılıqlı etimad şəraitində ilbəil genişlənir. Müxtəlif sahələrdə qurulan əlaqələr, eləcə də Azərbaycanın beynəlxalq standartlara uyğun qanunvericilik bazası bu əməkdaşlığın inkişafına layiqli töhfə verib. Nazir vurğulayıb ki, Azərbaycan və Bolqarıstan respublikaları arasında son 5 ildə ticarət dövriyyəsi təqribən 1,5 milyard ABŞ dolları təşkil edib, hər iki ölkənin səyləri nəticəsində bu göstəricinin artırılması üçün münbit şərait mövcuddur.
  Bolqarıstan Respublikasının nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Bojidar Lukarski ölkələrimiz arasında qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Bildirib ki, ölkələrimiz ənənəvi dostluq əlaqələrinə malik olmaqla yanaşı, Azərbaycan həm də Bolqarıstanın mühüm strateji tərəfdaşıdır. Hər iki respublikanın yerləşdiyi coğrafi ərazi əlverişli biznes mühiti yaratmaqla, investisiya qoyuluşuna stimulu artırır. Bolqarıstan tərəfi Azərbaycanın bu ölkəyə investisiyası yatırmasında çox maraqlıdır. Bolqarıstan isə Azərbaycana meyvə-tərəvəz və onunun emalı üzrə texnoloji xətlərin və tibbi kosmetik preparatların ixracını genişləndirmək niyyətindədir. 
  Sonda Azərbaycanla Bolqarıstanın Ticarət Sənaye Palataları arasında Niyyət Protokolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Bolqarıstanın Liman İnfrastrukturu şirkəti arasında Memorandum, həmçinin Azərbaycan və Bolqarıstan respublikaları arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasının Protokolu imzalanıb.


 bütün xəbərlər