Baş səhifə


02.09.2016

  Görüşdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyini nazir müavini cənab Arif Əsgərovun  rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. 
  31 avqust – 02 sentyabr 2016-cı il tarixlərində Türkmənistan Respublikasının paytaxtı Aşqabad şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan respublikalarının nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçirilib.   Görüş zamanı hər 3 ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, Xəzər dənizi vasitəsilə tranzitin asanlaşdırılması və onun rəqabət qabiliyyətinin daha da artırılması, tranzit keçidlərində müntəzəm səfərlər zamanı səmərəli tarif mexanizminin yaradılması məsələləri müzakirə edilib. Sonda Nazirlər Bəyannaməsi qəbul edilib. 
  Qeyd edək ki, müzakirələrdə nəqliyyat nazirinin müavini cənab Arif Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib. 


 bütün xəbərlər