Baş səhifə


01.07.2016

  Mərasimdə nəqliyyat naziri cənab Ziya Məmmədov da iştirak edib. 
  30 iyun 2016-cı il tarixdə Türkiyədə Yalova Kocaelini birləşdirəcək Osmangazi körpüsünün açılışı olub. 39 aya tikilən körpünün açılışında Türkiyə Respubikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım,  müxtəlif ölkələrin dövlət və hökumət rəsmiləri, eləcə də Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətimizə  nəqliyyat naziri Ziya Məmmədov rəhbərlik edib. 
 Məlumat üçün deyək ki, Osmangazi körpüsü vasitəsi ilə İstanbul və İzmir arasındakı 9 saatlıq məsafəni 3,5 saata qət etmək mümkün olacaq. Körpünün uzunluğu 2,682 m, eni isə 35,93 m-dir və körpünün dünyanın nəhəng inşaat layihələri arasında özünəməxsus yeri var. 


 bütün xəbərlər