Baş səhifə


20.06.2016

  Tədbirdə nəqliyyat nazirinin müavini cənab Musa Pənahov da iştirak edir. 
  20-22 iyun 2016-cı il  tarixlərində Niderland Krallığının Rotterdam şəhərində Trans-Avropa Nəqliyyat Şəbəkələri (TEN-T) günləri çərçivəsində Avropa İttifaqı Nazirlər iclası keçiriləcəkdir.İyun ayının 21-də baş tutacaq, Avropa Komissiyası və Avropa İttifaqı Şurasının birgə təşkilatçılığı ilə təşkil edilən tədbirdə Trans-Avropa Nəqliyyat Sisteminin inkişafı, TEN-T şəbəkəsinin genişləndirilməsi, Şərq Tərəfdaşlığı Nəqliyyat Paneli çərçivəsində nəqliyyat bağlantılarının möhkəmləndirilməsi, bu istiqamətdə mövcud maneələrin aradan qaldırılması, müxtəlif nəqliyyat daşımalarında etibarlılıq və təhlükəsizliyin artırılması imkanları və digər məsələlər müzakirə olunacaqdır. Tədbir zamanı həmçinin, Avropa İttifaqı qonşuluq dövlətlərində nəqliyyat bağlantılarının təkmilləşdirilməsinə dair Strateji Sənəd, baxılması üçün iştirakçı dövlətlərə təqdim ediləcəkdir. 
  Müzakirələrdə nəqliyyat nazirinin müavini cənab Musa Pənahov da iştirak edir. 




 bütün xəbərlər