Baş səhifə


08.06.2016

Görüş zamanı Rusiya ilə Azərbaycan arasında nəqliyyat  əlaqələrinin mövcud vəziyyəti və perspektivlər də müzakirə olunub. 
08 iyun 2016-cı il tarixində Nəqliyyat Nazirliyində Rusiya Federasiyasının nəqliyyat naziri cənab Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətini qəbul edən nəqliyyat naziri cənab Ziya Məmmədov Azərbaycanda son illər ərzində nəqliyyat-yol kompleksində görülmüş işlər barədə rusiyalı həmkarına ətraflı məlumat verib. Görüş zamanı, Azərbaycan – Rusiya dövlət sərhədindən Samur (Azərbaycan Respublikası) – Yaraq-Qazmalar (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi barədə müzakirələr aparılıb. Bu körpününü Azərbaycan və Rusiya arasında beynəlxalq avtomobil daşımalarını təmin edən nəqliyyat sisteminin əsas həlqəsi olduğu vurğulıanıb və qeyd edilib ki, yeni körpü keçidi iki ölkə arasında aviomobil daşımalarının asanlaşmasına, məntəqənin  buraxılış qabiliyyətinin, eləcə də yükdaşımaların həcminin artmasına xidmət göstərəcəkdir. 
Görüşdə, həmçinin, Rusiya ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin  mövcud vəziyyəti, dəniz limanları və avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın perspektivləri, həmçinin ikitərəfli əlaqələrin digər aspektləri və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb. 
Görüşün sonunda Rusiyanın nəqliyyat naziri cənab Maksim Sokolov nəqliyyat naziri cənab Ziya Məmmədova “Rusiya Federasiyasının fəxri dəmiryolçusu” döş nişanını təqdim edib.

 bütün xəbərlər