Baş səhifə


19.01.2016

  Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Nəqliyyat Naziri cənab Ziya Məmmədov 22 yanvar 2016-cı il tarixində Zərdab şəhərində Kürdəmir, Hacıqabul və Zərdab rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 
  Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 21 yanvar 2016-cı il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaqdır: 
 • Zərdab şəhəri, Ramiz Kərimov küçəsi-46 ünvanında yerləşən inzibati binada;
 • Kürdəmir şəhər avtovağzalının inzibati binasında;
 • Hacıqabul şəhər avtovağzalının inzibati binasında.


 bütün elanlar