Baş səhifə


22.12.2015

  Nəqliyyat naziri cənab Ziya Məmmədov görüşdə iştirak edəcək. 

  23 dekabr 2015-ci il tarixində İran İslam Respublikasının Tehran şəhərində Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü iclası keçiriləcək. İclasda Azərbaycan Respublikasının Nəqliyyat Naziri cənab Ziya Məmmədovun rəhbərlik etdiyini nümayəndə heyəti iştirak edəcək. Görüş zamanı nəqliyyatın bütün sahələrində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional dəhlizlərin inkişafı, nəqliyyat üzrə Xəzəryanı ölkələrin imkanları və region ölkələrinin nəqliyyat infrastrukturunun modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması kimi məsələlər müzakirə ediləcəkdir. Yekun olaraq “Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü iclasının Bəyanatı”nın qəbul olunması nəzərdə tutulub.


 bütün xəbərlər