Baş səhifə


15.12.2015

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Nəqliyyat Naziri cənab Ziya Məmmədov 18 dekabr 2015-ci il tarixində Xızı şəhərində Abşeron, Siyəzən və Xızı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 17 dekabr 2015-ci il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaqdır:
 
• Xızı 3 saylı Yol İstismarı İdarəsi (Xızı rayonu, Yeni Yaşma stansiyası)
 
• Siyəzən “4 saylı Yol İstismarı İdarəsi” (Siyəzən şəhəri, H.Əliyev küçəsi-153)
 
• Abşeron “4 saylı İxtisaslaşdırılmış Müəssisə” MMC (Xırdalan şəhəri, Heydər Əliyev prospekti-25)

 bütün elanlar