Baş səhifə


14.12.2015

  İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçiriləcək sayca 4-cü iclasda nəqliyyat bağlantılarının gücləndirilməsi siyasəti müzakirə ediləcək. 

  20-21 dekabr 2015-ci il tarixlərində Tehran şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) və İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyinin birgə təşkilatçılığı ilə UNESCAP-ın "Nəqliyyat bağlantılarının gücləndirilməsi siyasəti barədə dialoq" mövzusunda 4-cü regional iclası keçiriləcək. İclas zamanı subregional bağlantıların gücləndirilməsinin potensial imkanları və çağırışlar, bağlantıların möhkəmləndirilməsi istiqamətində təcrübə mübadiləsi məsələləri müzakirə ediləcək, davamlı nəqliyyatın inkişaf etdirilməsi istiqamətində iştirakçı dövlətlərin məruzələri dinləniləcək və bu istiqamətdə regional çərçivədə tövsiyələr təqdim ediləcəkdir. 

 bütün xəbərlər