Baş səhifə


12.12.2015

Nəqliyyat Nazirliyinin və Nazirliyin müvafiq qurumlarının əməkdaşları Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət etdilər.
12 dekabr 2015-ci il tarixdə Nəqliyyat Nazirliyində Ümummilli Lider Heydər Əliyevin xatirisi anılıb, Nəqliyyat naziri cənab Ziya Məmmədov və nazirliyin əməkdaşları Ulu Öndərin Nəqliyyat Nazirliyinin həyətindəki büstünün önünə gül dəstələri qoyublar. Daha sonra Ulu Öndərin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Çıxış edənlər müstəqil Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin dövlət quruculuğu, Azərbaycan iqtisadiyyatının dirçəldilməsi, yol-nəqliyyat kompleksinə göstərdiyi xüsusi diqqət və qayğı, respublikamızın beynəlxalq arenada tanınması, respublika vətəndaşlarının sosial həyat səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən, onun bir dövlət xadimi olaraq dünyadakı nüfuzundan, nəhayət, Heydər Əliyev siyasi irsinin bugünkü uğurlu davamından danışıblar. 
Sonra Nəqliyyat Nazirliyinin, eləcə də tabeli qurumların əməkdaşları Fəxri Xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər. 


 bütün xəbərlər