Baş səhifə


04.12.2015

  04 dekabr 2015-ci il tarixində Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini Nəqliyyat naziri cənab Ziya Məmmədov ilə görüşüb. Cənab Z. Məmmədov Nəqliyyat Nazirliyinin fəaliyyəti, ölkədə aparılan sosial-iqtisadi islahatlar, o cümlədən nəqliyyat-yol komleksində həyata keçirilən tədbirlər, əhaliyə göstərilən nəqliyyat xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən  işlər barədə ətraflı  məlumat verib. 
  Səfir Labardini öz növbəsində qeyd olunan sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin mümkünlüyünü vurğulayıb, Meksika səfirliyinin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına yönəlmiş fəaliyyətindən söhbət açıb. 
  Görüşün sonunda nəqliyyat sahəsində əməkdaşlıq mexanizmləri, qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi və perspektiv imkanlar barədə fikir mübadiləsi aparılıb. 


 bütün xəbərlər