Baş səhifə


04.12.2015

  04 dekabr 2015-ci il tarixində Nəqliyyat Nazirliyində Çexiya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Viteszlav Pivonka ilə görüş keçirilib. Nəqliyyat naziri cənab Ziya Məmmədov son illər Azərbaycanın  nəqliyyat-yol kompleksinin fəaliyyətindən, burada həyata keçirilən  layihələrdən, aparılan islahatlardan, əldə edilən nailiyyətlərdən danışıb. Daha sonra avtomobil nəqliyyatı və avtomobil yolları barəsində ətraflı məlumat verən Nəqliyyat naziri Çexiya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində tərəflərin maraqlı  olduğunu vurğulayıb. 
  Azərbaycan - Çexiya iqtisadi əlaqələri barədə məlumat verən cənab Viteszlav Pivonka çex şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirib. İqtisadiyyatın bir çox sahələri ilə yanaşı nəqliyyat sektorunda da  əlaqələrin böyük sürətlə inkişaf etdiyini vurğulayan çexiyalı səfir buna misal olaraq  Azərbaycanda magistral avtomobil yollarının tikintisində görülən işləri nümunə kimi qeyd edib. 
Görüşdə, iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları, perspektiv layihələr və görülən işlər ətrafında fikir mübadiləsi aparılıb . 

 bütün xəbərlər