Baş səhifə


26.11.2015

  Noyabrın 26-da Nəqliyyat Nazirliyində İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Dan Stavın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 
  Qonaqları salamlayan Nəqliyyat naziri cənab Ziya Məmmədov nəqliyyat sektorunu əhatə edən bütün sahələr, o cümlədən avtomobil yolları, bu sahədə həyata keçirilən tədbirlər, əldə edilmiş nailiyyətlər barəsində ətraflı məlumat verərək, bu istiqamətdə İsrail Dövləti ilə  əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu və bu əməkdaşlığın həm Azərbaycanın, həm də İsrailin nəqliyyat infrastrukturunun inkişafına xidmət etdiyini vurğulayıb. 
Öz növbəsində Azərbaycanda nəqliyyat sektorunda əldə edilən uğurlardan, reallaşdırılan iri layihələrdən xəbərdar olduqlarını vurğulayan cənab Dan Stav  ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. 
Görüşdə, iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları, perspektiv layihələr və görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. 


 bütün xəbərlər