Baş səhifə


22.07.2014  inaktiv

 

  • Tarix:                                                                                                 18 iyul 2014-cü il
  • Borc no. və adı:                                                                               3116 AZE: Yol Şəbəkəsinin İnkişaf Proqramı üzrə çoxtranşlı maliyyələşmə xətti, tranş 4
  • Müqavilənin nömrəsi və adı:                                                        02/2014/AZE  Gəncə-Qazax regionunda 4 körpünün layihələndirilməsi  və tikintisi
  • Tender təkliflərinin təqdim edilməsinin yekun tarixi:            4 sentyabr, 2014-cü il saat 17.00 (yerli vaxt) 

1. Azərbaycan Hökuməti ölkənin şimal-qərb bölgəsinin Gəncə-Qazax ərazisində 4 körpünün tikintisi layihəsinin daxil edildiyi Avtomobil Yolu Şəbəkəsinin İnkişafına dair İkinci İnvestisiya Proqramının icrası məqsədilə Asiya İnkişaf Bankından borc almışdır. Bu borcun bir hissəsi yuxarıda qeyd olunan müqavilə çərçivəsində ödənişlər üçün istifadə ediləcəkdir.  Tender, tender sənədində qeyd olunan iştirak hüququna malik ölkələrdən olan  iddiaçılar üçün açıqdır.

2. Nəqliyyat Nazirliyi, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti (icraçı qurum) aşağıda adları qeyd edilən 4 körpünün layihələndirilməsi, tikintisi və sona çatdırılması üçün iştirak hüququna malik ölkələrdən olan iddiaçıları tender təkliflərini (texniki və maliyyə təkliflərini) möhürlənmiş zərflərdə təqdim etməyə dəvət edir: 

  • 1.R-24 avtomobil yolunda dəmir yolu üzərində körpü
  • 2.R-24 avtomobil yolunda Kür çayı üzərindəki körpü
  • 3. R-24 avtomobil yolunda Acı Dərə çayı üzərindəki körpü
  • 4.Y-05-08 avtomobil yolunda Ağstafa çayı üzərindəki körpü
3.Tender sənədlərinə dair əlavə məlumat əldə etmək istəyən iddiaçılar  aşağıdakı ünvanla əlaqə saxlaya bilərlər:
  • Cənab Cavid Qurbanov - “Azəryolservis” ASC-nin  sədri
  • Əlaqələndirici  şəxs: Cəmil Rüstəmxanlı, LİQ-in direktoru
  • Ünvan: Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi 72/4,
  • “Azəryolservis” ASC, 8-ci mərtəbə, LİQ-in ofisi
  • Telefon: 994 12 493 60 09
  • Faks: 994 12 493 60 09
  • Email: piu4@piu-ahp.az 

4.Maraq göstərən iddiaçılar tender sənədlərini ingilis dilində yazılı müraciətnamə təqdim etməklə 200 AZN (iki yüz) və ya bu məbləğə ekvivalent olan 250 ABŞ dolları məbləğində vəsaiti geri qaytarılmayan iştirak haqqı kimi “Azəryolservis” ASC- nin xəzinəsinə köçürməklə və nağd ödəməklə əldə edə bilərlər. Bank hesabı aşağıdakı kimidir: 

  • Azərbaycan Respublikası Beynəlxalq Bankın Nəqliyyat filialı
  • SWİFT: İBAZAZ2X
  • Hesab nömrəsi : 33306019449345490205 AZN                              33316018409345490205 USD
  • İD kodu : 9900013141 

İddiaçı tərəfindən göstərilən bank hesabına ödəniş edilməli və bankın ödənişi təsdiq edən sənədinin nüsxəsi təqdim edildikdən sonra sənədlər kuryer poçtu vasitəsilə qeyd olunmuş müddətdə göndərilə bilər, lakin sənədlərin ünvana gec çatdırılmasına və ya itirilməsinə “Azəryolservis” ASC heç bir məsuliyyət daşımır.

İddiaçı sənədlərin elektron poçt vasitəsilə göndərilməsi ilə bağlı müraciət edərsə, yuxarıdakı bank hesabına ödəniş etməli və bankın ödənişi təsdiq edən sənədin nüsxəsini elektron poçt vasitəsilə təqdim etdiyi halda sənədlər göndərilə bilər. Elektron və çap olunmuş nüsxə arasında uyğunsuzluq olduğu təqdirdə sənədlərin çap versiyası əsas götürüləcəkdir.

5.İki mərhələli tender proseduru yuxarıda adı çəkilən müqavilə üzrə satınalma qaydalarına əsasən qəbul ediləcək və aşağıda göstərildiyi kimi həyata keçiriləcəkdir:

a.İcraçı qurum tender sənədlərinin tələblərinə uyğun olaraq qiymət göstərilmədən texniki təklifləri təqdim etmək üçün iddiaçılara sorğu göndərməlidir. Tender təklifləri iddiaçıların ixtisas göstəriciləri daxil olmaqla tender sənədlərində müəyyənləşdirildiyi kimi material dəyişikliyi ilə bağlı uyğunsuzluqlar icraçı qurum tərəfindən qiymətləndiriləcəkdir. Texniki təkliflərin qiymətləndirilməsi sona çatdıqda icraçı qurum nəticələri fərdi qaydada hər bir iddiaçıya bildirməli və iddiaçılara uyğunsuzluqları aradan qaldırmaq və son texniki təkliflərini təqdim etmək üçün sorğu göndərməlidir. Yekun texniki təkliflər tələblərə cavab verdiyi təqdirdə, onların təqdim edilməsinə qədər hər bir iddiaçının icraçı qurum tərəfindən tələb olunan düzəlişlərə dair əsaslandırma təqdim etmək üçün icraçı quruma  sorğu göndərmək hüququ vardır .

b.Yekun texniki təkliflərin tələblərinə əsaslı şəkildə cavab verən iddiaçılar tender təkliflərini təqdim etmək üçün dəvət edilir. İcraçı qurum tərəfindən  qəbul edilmiş bütün tender təklifləri  qiymətləndirilməli və  tender sənədlərində  qeyd olunmuş meyarlara uyğun olub-olmadığı müəyyənləşdirilməlidir.

6 İddiaçılar tikinti işləri üzrə tender təkliflərini bu şərtlə təqdim edə bilərlər ki, onlar müvafiq ixtisas meyarlarına cavab versinlər və müqaviləni qənaətbəxş səviyyədə icra edə bilsinlər. Tender prosesi tender sənədlərində göstərilən aşağıdakı meyarlara cavab verən iddiaçılar üçün açıqdır:

I. son 2  ildə 18 milyon ABŞ dolları dəyərində illik minimal tikinti dövriyyəsi;

II. bu layihə üzrə tələb olunan maliyyə vəsaitlərinin axınına dair tələblərə cavab verməklə satıla bilən aktivlər, vergidən azad maddi aktivlər, kredit xətləri və digər maliyyə resurslarına malik olmaq;

III. son 10 ildə iddiaçı, birgə müəssisənin və ya konsorsiumun əsas tərəfdaşı olan iddiaçı  tikinti işlərinin “layihələndir - tik” prinsipinə uyğun olaraq aparılmasına məsuliyyət daşıyan podratçının tək firma kimi iştirakı da  daxil olmaqla 12 milyon ABŞ dolları və daha çox maliyyə vəsaiti üzrə ən azı bir körpünün layihəndirilməsi və tikintisi işlərinin həyata keçirilməsində əsas podratçı, birgə müəssisə konsorsiumu və ya assosasiyada  əsas tərəfdaşı kimi təcrübəsi olmalı;

IV. son 10 ildə podratçının təklifində iddiaçı tərəfindən müəyyənləşdirilmiş tikinti işlərinə  bərabər  və ya yüksək səviyyədə icra edilən işlər də daxil olmaqla  16 milyon ABŞ dolları məbləğində ən azı bir körpünün tikintisi layihəsininin icra edilməsində əsas podratçı, birgə müəssisə konsorsiumu və ya assosasiyada əsas tərəfdaş  subpodratçı kimi fəaliyyəti olmalı; 

7. Texniki təkliflər 4 sentyabr 2014-cü il yerli vaxtla saat 17.00-dək yuxarıda qeyd edilən ünvana çatdırılmalı və həmin  vaxtda iddiaçıların mümayəndələrinin iştirakı ilə açılacaqdır.


 bütün tenderlər