Baş səhifə » Avtomobil yolları

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti

www.azeravtoyol.gov.az

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin və strukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 may tarixli 188 nömrəli qərarı ilə təsdiq edilmişdir. Nizamnaməyə uyğun olaraq cəmiyyətin əsas məqsədləri Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmətlərin göstərilməsindən, balansına verilmiş avtomobil yollarının (respublika və yerli əhəmiyyətli avtomobil yolları, həmçinin  Bakı şəhərinin müəyyən prospekt və küçələri), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, tikilməsindən, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsindən ibarətdir.
  1 yanvar 2016-ci il tarixinə olan məlumata əsasən,  "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin balansında 17543 km uzunluğunda ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolu var. Bu yolların 4385 kilometri respublika əhəmiyyətli, 13158 kilometri isə yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir. Bununla yanaşı cəmiyyət Bakı şəhərində təqribi uzunluğu 1500 kilometr təşkil edən küçə və prospektlərə də xidmət edir.
  Azərbaycan torpaqlarının  20%-nin  Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində 2661 kilometr uzunluğunda ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları işğal olunmuş ərazilərdə qalmışdır.