Baş səhifə » Beynəlxalq əlaqələr » Beynəlxalq təşkilatlarla əməkdaşlıq » Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM
Организация за демократию и экономическое развитие – ГУАМ
Organization for Democracy and Economic Development – GUAM

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM 1997-ci il 10 oktyabr tarixində Strasburqda keçirilmiş Avropa Şurası Sammiti çərçivəsində yaradılan və tərkibinə Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası və Ukrayna daxil olan beynəlxalq regional təşkilatdır.
Məqsəd: üzv-ölkələr arasında siyasi və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsidir. Əlavə olaraq, bu ölkələrin dəniz, çay, avtomobil və dəmir yollu nəqliyyatlarını Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizinə sərnişin və yük daşımalarına cəlb etməkdən ibarətdir.
GUAM çərçivəsində iqtisadiyyat və ticarət, enerji məsələləri, nəqliyyat, informasiya texnologiyaları, mədəniyyət, elm və maarif, turizm, terrorizm və mütəşəkkil cinayətlə mübarizə məsələləri üzrə İşçi Qrupları yaradılmışdır.