Baş səhifə » Beynəlxalq əlaqələr » Beynəlxalq təşkilatlarla əməkdaşlıq » İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT)

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT)
Организация Экономического Сотрудничества (ОЭС)
Economic Cooperation Organization (ECO)

İƏT, 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılmışdır. Təşkilatın fəaliyyəti üzvlər arasında iqtisadi, texniki və mədəniyyət əməkdaşlığının inkişafına istiqamətlənir.
İƏT-in üzvü olan MDB ölkələri üçün energetika və nəqliyyat sahəsində ikitərəfli və çoxtərəfli layihələr ən çox əhəmiyyət kəsb edir. İƏT tərəfindən tərtib edilmiş nəqliyyat infrastrukturunun inkişaf planında İranın Türkmənistan və Azərbaycan, Pakistanın isə (Əfqanıstandan) Türkmənistan dəmir yolu şəbəkələrilə birləşdirilməsi, Mərkəzi Asiyadan Hind okeanı və İran körfəzi limanlarına avtomobil yollarının çəkilişi nəzərdə tutulur.
İƏT-in təşkilati strukturu: Nazirlər Şurası, Regional planlaşdırma Şurası, Texniki komitələr, Katiblik.
İƏT-in 10 üzvü var: Azərbaycan Respublikası (noyabr 1992-ci ildən), Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan.
Mənzil-qərargahı Tehranda (İran İslam Respublikası) yerləşir.