Baş səhifə » Beynəlxalq əlaqələr » Beynəlxalq təşkilatlarla əməkdaşlıq » Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)
Организация Черноморского Экономического Сотрудничества (ОЧЭС)
Black Sea Economic Cooperation (BSEC)

QDİƏT 1992-ci il 25 iyun tarixində Yalta şəhərində Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və Yunanısnanın dövlət və hökumət başçıları tərəfindən təşkilatın nizamnaməsinin imzalanması ilə yaradılmışdır.
QDİƏT-in əsas məqsədləri: iştirakçı ölkələrin daha sıx iqtisadi əməkdaşlığı, malların, kapitalların, xidmətlərin və işçi qüvvəsinin sərbəst hərəkəti, bu ölkələrin iqtisadiyyatının dünyanın iqtisadi sisteminə inteqrasiyası. Vəzifələrdən biri də iştirakçı dövlətlərin ərazisində azad ticarət zonasının yaradılmasından ibarətdir. QDİƏT ölkələrinin birgə layihələr üzrə işləri: Regional nəqliyyat dəhlizlərinin inkişafı və ümumdünya nəqliyyat sisteminə inteqrasiya, Optik-lifli əlaqə xəttlərinin çəkilməsi və s.
QDİƏT-in Ali orqanı Xarici İşlər Nazirləri Şurasıdır. İcraedici orqanlarr isə Katiblik və ixtisaslaşdırılmış işçi qruplarıdır.
2001-ci il 24 oktyabr tarixində QDİƏT üzv-dövlətlərinin avtomobil nəqliyyatı assosiasiyaları tərəfindən QDİƏT Avtonəqliyyat Assosiasiyaları İttifaqı (BSEC-URTA) yaradılmışdır. Yaranmasının əsas amilləri avtomobil nəqliyyatı və qarışıq daşımalara aid olan problemlərin həlli, birgə iş və bütün səviyyələrdə investisiya layihələrinin dəstəklənməsidir. 2002-ci il 04 fevral tarixində İstanbul şəhərində BSEC-URTA-nın Beynəlxalq Katibliyi yaradıldı.
QDİƏT-in mənzil-qərargahı İstanbulda (Türkiyə) yerləşir.
QDİƏT-ə hazırda 12 üzv-dövlət və 13 müşahidəçi-dövlət daxildir.