Baş səhifə » Beynəlxalq əlaqələr » Beynəlxalq təşkilatlarla əməkdaşlıq » Trans-Avropa Dəmir Yolları (TER) və Trans-Avropa Avtomobil Yolları (TEM) layihələri

Trans-Avropa Dəmir Yolları (TER) və Trans-Avropa Avtomobil Yolları (TEM) layihələri
Проекты Транс-Европейская Железная Дорога (TEР) и Транс-Европейские Магистрали (TEM)
Trans-European network for motorways (TEM) and Trans-European network for rail (TER) projects

Trans-Avropa Avtomobil Yolları layihəsi 1977-ci ildə, Trans-Avropa Dəmir Yolları layihəsi isə 1990-cı ildə BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi ilə Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa ölkələrinin Hökumətləri tərəfindən yaradılmışdır. Layihələrin əsas məqsədləri Avropa ölkələrinin avtomobil və dəmir yolu sahəsində nəqliyyat əməliyyatlarının keyfiyyət və effektivliyinin artırılması, Avropa Nəqliyyat İnfrastrukturu sisteminin inteqrasiya prosesinə dəstəyin göstərilməsi, eləcə də Pan-Avropa Sazişlərinə uyğun olaraq ardıcıl və səmərəli beynəlxalq avtomobil, dəmir yolu və kombinə edilmiş nəqliyyat sisteminin inkişaf etdirilməsidir.
Avropa ölkələrinin 17-si TER-in, 15 ölkəsi isə TEM-in tam hüquqlu üzvləridir.
Azərbaycan Respublikasının bu layihələrə qoşulması gözlənilir.