Baş səhifə » Beynəlxalq əlaqələr » Beynəlxalq təşkilatlarla əməkdaşlıq » Avrasiya Nəqliyyat İttifaqı

Avrasiya Nəqliyyat İttifaqı
Евроазиатский Транспортный Союз
Euro-Asian Transport Union (EATU)

Avrasiya Nəqliyyat İttifaqı 2001-ci il 20 mart tarixində qeyri-kommersiya təşkilatı kimi yaradılıb. 
Əsas məqsədi - Avrasiya nəqliyyat sahəsində beynəlxalq sazişlərin həyata keçirilməsinə dair dövlət orqanları, beynəlxalq təşkilatlar və nəqliyyat kompleksinin özəl sektorları arasında fəaliyyətlərin əlaqələndirməsi. Bu məqsədlə İttifaqın nəqliyyata dair beynəlxalq Avrasiya konfranslarının daimi Katibliyi funksiyasını yerinə yetirir, Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinə nəqliyyat infrastrukturunun inkişafında və Rusiya ərazisində beynəlxalq nəqliyyat dəhlizlrinin formalaşdırılmasına köməklik göstərir. Avrasiya nəqliyyat dəhlizlərinin inkişafına dair investisiya layihələrinin həyata keçirilməsinə beynəlxalq və milli təşkilatların cəlb edilməsini təmin edir və s.
Hazırda İttifaqın 54 həqiqi və 23 əlaqələndirici üzvü vardır.
Mənzil-qərargahı Moskvada (Rusiya Federasiyası) yerləşir.