Baş səhifə » Beynəlxalq əlaqələr » Beynəlxalq təşkilatlarla əməkdaşlıq » Dövlətlərarası Aviasiya Komitəsi

Dövlətlərarası Aviasiya Komitəsi
Межгосударственный авиационный комитет (МАК)

Dövlətlərarası Aviasiya Komitəsi 1991-ci il 30 dekabr tarixində hava məkanının istifadə edilməsinə dair mülki aviasiya haqqında Hökumətlərarası Sazişin əsasında təsis edilmişdir.
Bu günkü günə MDB üzv dövlətləri MAK-ın üzvüdürlər.
MAK-ın rolu aviasiya sahəsində vahid siyasətin və fəaliyyətin əlaqələndirilməsinə, eləcə də hava məkanının istifadə edilməsinə xidmət etməkdir.
Fəaliyyətinin əsas istiqamətləri: mülki aviasiya sahəsində vahid aviasiyaya dair qayda və prosedurların işlənib hazırlanması və formalaşdırılması; aviasiya texnikasının və onun istehsalının vahid sertifikatlaşdırma sisteminin yaradılması və təmin edilməsi, mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə qarşı işlərin aparılması və s.
MAK-ın əsas struktur bölmələri: Sertifikatlaşdırılma və aviasiya qaydalarına dair Komissiya (Aviasiya registrı), Aerodromların sertifikatlaşdırılmasına dair Komissiya, Hava nəqliyyatında aviasiya hadisələrinin araşdırılmasına dair Komissiya, Hava nəqliyyatına dair Komissiya.
Azərbaycan Respublikası 30 dekabr 1991-ci ildən Komitənin üzvüdür.
Mənzil-qərargahı Moskvada (Rusiya Federasiyası) yerləşir.