Baş səhifə » Beynəlxalq əlaqələr » Beynəlxalq təşkilatlarla əməkdaşlıq » Dəmir Yolu Nəqliyyatına dair Şura

Dəmir Yolu Nəqliyyatına dair Şura
Совет по железнодорожному транспорту (СЖТ)


MDB üzv dövlətlərinin Dəmir Yolu Nəqliyyatına dair Şurası 1992-ci il 14 fevral tarixində yaradılıb.
Şura dövlətlərarası səviyyədə dəmir yolu nəqliyyatının işini əlaqələndirir, onun fəaliyyətinin prinsiplərini hazırlayır, yük vaqonlarının və konteynerlərin birgə istismarını təşkil edir.
Şuranın tərkibi – MDB-yə üzv dövlətlərinin dəmir yolu administrasiyalarının başçılarından ibarətdir. Əlavə olaraq Şuranın işində Bolqariya, Latviya, Litva və Estoniya dəmir yolu administrasiyalarının başçıları da iştirak edirlər.
İcraedici orqan – Şura Direktorluğu.
Azərbaycan Respublikası 14 fevral 1992-ci ildən Şuranın üzvüdür.
Mənzil-qərargahı Moskvada (Rusiya Federasiyası) yerləşir.
Dəmir yolunda standartlaşdırmaya dair fəaliyyətin əlaqələndirilməsi və işlərin aparılması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərin reqlamentləşdirilməsi, dəmir yolunda daşıma prosesləri ilə bağlı nəqliyyat və texniki vasitələrin istismarı. Yüklərin və hərəkət tərkibinin qorunması üçün 2001-ci il 01 yanvar tarixindən Dəmir yolu sahəsində standartlaşdırmaya dair Dövlətlərarası Texniki Komitə yaradılmışdır.