Baş səhifə » Beynəlxalq əlaqələr » Beynəlxalq təşkilatlarla əməkdaşlıq » Nəqliyyatda Əlaqələndirmə Müşavirəsi

Nəqliyyatda Əlaqələndirmə Müşavirəsi
Координационное транспортное совещание (КТС)

MDB iştirakçısı olan dövlətlərin Nəqliyyat Nazirləri Əlaqələndirmə Müşavirəsi 1991-ci ildə nəqliyyat sahəsində ümumi siyasətin hazırlanması məsələlərinin həll edilməsi üçün yaradılıb.
Müşavirəyə vahid nəqliyyat məkanının formalaşdırılması, nəqliyyatda razılaşdırılmış tarif siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi, rəqabət aparılması üçün hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılması, yol-nəqliyyat kompleksində vahid elmi-texniki siyasətin formalaşdırılması və aparılması, yüklərin tranzit şərtlərinin təmin edilməsi, sərnişinlərin daşınmasında təhlükəsizliyin təmin olunması və s. vəzifələr tapşırılmışdır.
Müşavirə öz sessiyalarında avtomobil, hava, dəniz, daxili su və yol təsərrüfatına aid olan məsələlərə baxır. Müşavirə çərçivəsində nəqliyyat sahələrinə dair aşağıdakı Şuralar yaradılıb: Aviasiya və hava məkanından istifadəyə   dair   Şura,  Dövlət  avtonəqliyyat  administrasiyaları  və  beynəlxalq  avtomobil  daşıyıcıları  assosiasiyalar  Şurası,  Dəniz  nəqliyyatı dövlət administrasiyaları Şurası, Daxili su nəqliyyatı dövlət administrasiyaları Şurası.
Müşavirənin işçi orqanı – İcraiyyə Komitəsidir.
Azərbaycan Respublikası NƏM-də müşahidəçi kimi çıxış edir.