Baş səhifə » Beynəlxalq əlaqələr » Beynəlxalq təşkilatlarla əməkdaşlıq » Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası
Международная Авиатранспортная Ассоциация
International Air Transport Association (IATA)

1945-ci ilin aprel ayında Havanada (Kuba) keçirilən 31 ölkənin 50 hava nəqliyyatı şirkətinin iştirak etdiyi Konfransda təsis olunmuşdur.
İATA hava nəqliyyatı sahəsində qeyri-hökumət təşkilatıdır. İATA-nın fikir və tövsiyyələrini İKAO nəzərə alır və istifadə edir. İATA-nın üzvləri həqiqi (beynəlxalq hava daşımaları həyata keçirən istənilən kommersiya avia şırkətlər) və assosiasiya edilmiş (daxili hava daşımalarını həyata keçirən avia şırkətlər) üzvlərə bölünürlər. İATA tarif və rüsumlara, sərnişinlərə ümumi xidmət standartalarına dair tövsiyyələrin işlənib hazırlanması, daşıma sənədlərinin unifikasiyası və standartlaşdırılması kimi işlərlə məşğul olur, İATA-nın üzvü olan aviaşirkətlər arasında özünün xüsusi hesablama orqanı vasitəsilə maliyyə hesablamaları aparır.
İATA-nın idarəedici və işçi orqanları: Ümumi iclas, İcraiyyə Komitəsi, Daimi komitələr, Katiblik, Daşımalar üzrə müvəqqəti regional konfranslar.
Mənzil-gərargah Monrealda (Kanada) yerləşir.
MDB ölkələrinin bir çox iri avia şirkətləri İATA-nın üzvüdür. (Azərbaycan: mart 1997-ci il) MDB-nin Dövlətlərarası Aviasiya Komitəsi, İATA ilə 1994-cü il 05 dekabr tarixli ikitərəfli Sazişə əsasən əlaqələr yaratmışdır.