Baş səhifə » Beynəlxalq əlaqələr » Beynəlxalq təşkilatlarla əməkdaşlıq » Beynəlxalq Limanlar və Körpülər Assosiasiyası

Beynəlxalq Limanlar və Körpülər Assosiasiyası
Международная Ассоциация Портов и Гаваней
International Association of Ports and Harbors (IAPH)

Assosiasiya 1955-ci ildə II Beynəlxalq Limanlar Konfransında qeyri-hökumət təşkilatı kimi yaradılmışdır.
Əsas məqsədi liman administrasiyalarına lazımi olan məlumatları sistemləşdirib yaymaqdır. Assosiasiya 76 ölkədən 400-ə yaxın tamhüquqlu, əlaqəli və fəxri üzvü birləşdirir. 
Birincilərə limanların planlaşdırılmasında, tikintisində, inkişaf və istismarında səlahiyyətləri olan hökumət, ictimai və xüsusi təşkilatlar və fərdi şəxslər aiddir. Əlaqəli üzvlərə tamhüquqlu üzvlərin xidmətində olan digər təşkilatlar aiddir. Fəxri üzvlərə Assosiasiyanın yaradılmasında və ya inkişaf etməsində xüsusi xidmətlər göstərmiş şəxslər aid edilir.
Ali orqan – iki ildə bir dəfə çağrılan Konfransdır. Orqanları: Direktorlar Şurası, İcraiyyə komitəsi, Katiblik.
Mənzil-qərargahı Tokioda (Yaponiya) yerləşir.