Baş səhifə » Beynəlxalq əlaqələr » Beynəlxalq təşkilatlarla əməkdaşlıq » Beynəlxalq Yol Federasiyası

Beynəlxalq Yol Federasiyası
Международная Дорожная Федерация
International Road Federation (IRF)

1908-ci ilin oktyabr ayında Parisdə keçirilən I Beynəlxalq Yol Konqresində təsis edilmişdir.
İRF – müxtəlif ölkələrin dövlət yol təsərrüfatı idarəetmə orqanlarını birləşdirən beynəlxalq qeyri-kommersiya təşkilatıdır. Hal hazırda İRF 80 ölkənin yol təsərrüfatını idarəetmə orqanlarını birləşdirir.
İRF-in əsas məqsədləri: yol təsərrüfatını idarəetmə sisteminin, avtomobil yollarının maliyyələşdirilmə formalarının, layihələndirilməsi, tikintisi və saxlanılmasının təkmilləşdirilməsi, avtomobil yollarına və yol hərəkətinə aid olan məsələlərin müzakirəsi, bütün dünya ölkələrinin avtomobil yollarına və yol hərəkətinə aid olan statistik və digər məlumatların yığılması və yayılması, yolların və yol hərəkəti qaydalarının təkmilləşdirilməsinə dair hər növ məsələlər üzrə müxtəlif beynəlxalq sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi.
İRF-in ümumi idarəçiliyini Şura həyata keçirir. İşçi orqan kimi üzvləri Şuranın tərkibindən seçilən İcraiyyə komitəsi çıxış edir.
Mənzil-qərargahı Parisdə (Fransa) yerləşir.