Baş səhifə » Beynəlxalq əlaqələr » Beynəlxalq təşkilatlarla əməkdaşlıq » Beynəlxalq İctimai Nəqliyyat İttifaqı

Beynəlxalq İctimai Nəqliyyat İttifaqı
Международный союз общественного транспорта
International Union of Public Transport (UITP)

1946-cı ildə yaradılan UITP, özündə 80 ölkədən ictimai nəqliyyat (hər növ şəhər və regional sərnişin nəqliyyatı) sahəsində fəaliyyət göstərən 2500 qədər təşkilatını birləşdirir.Üzvlər 4 kateqoriyaya bölünürlər: operatorlar (metropolitenlər, avtyobus şirkətləri, yerli daşımaları həyata keçirən dəmir yolu şirkətləri, yüngül relsli nəqliyyat və s.), sənayəçilər (hərəkət tərkibinin və ictimai nəqliyyat üçün avadanlıqların istehsalçıları), milli, regional və yerli səviyyələrdə ictimai nəqliyyatın işini tənzimləyən idarəetmə strukturları və ictimai nəqliyyata aidiyyatı olan elmi institutlar, tədqiqat və konsaltinq təşkilatları. UITP bütün nəqliyyat növləri ilə şəhər və şəhərətrafı sərnişin daşımalarına aidiyyatı olan təşkilatları öz sıralarında birləşdirən yeganə assosiasiyadır.

UITP-nin strukturu regional və modal seksiyalara ayrılır. Regional seksiyayalar: Avropa, Asiya-Sakit okean, Şimali Amerika, Cənubi Amerika, Afrika. Modal seksiyalar: metropolitenlər, avtobus nəqliyyatı (bura trolleybus operatorları da daxildir), yüngül relsli nəqliyyat, su nəqliyyatı, regional nəqliyyat.

Mənzil-qərargahı Brüsseldə (Belçika) yerləşir.