Baş səhifə » Beynəlxalq əlaqələr » Beynəlxalq təşkilatlarla əməkdaşlıq » Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası

Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası
Международная Федерация Экспедиторских Ассоциаций
International Federation of Freight Forwarders Associations (FIATA)

Federasiya 1926-cı il 31 may tarixində Vyanada yaradılıb və beynəlxalq qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır.
FİATA-nın əsas məqsədi – ekspeditorların beynəlxalq səviyyədə maraqlarının təmin edilməsindən ibarətdir. Bu baxımdan, təşkilatın əsas vəzifələri: ekspedisiyanın sahə kimi birləşməsi, standart ekspeditor sənədlərini, standart ticarət şərtlərini tətbiq etmək, məlumat mübadiləsi və müvafiq tədqiqatların təşkili yolu ilə FİATA üzv-təşkilatların xidmətlərinin keyfiyyətini yüksəltmək; digər beynəlxalq təşkilatların iclaslarında məsləhətçi və ya ekspert kimi iştirak etməklə ekspedisiya maraqların qorunması, beynəlxalq səviyyədə professional təlim, daşıyıcı və onların təşkilatları ilə əlaqələrin inkişafı, ixrac ilə məşğul olan firmalar və onların təşkilatları ilə əlaqələrin sadələşdirilməsi, bütün dünya ölkələri arasında beynəlxalq ticarət və mal dövriyyəsinin inkişafına yardım göstərmək.
FİATA-nın ali orqanı hər il müxtəlif ölkələrdə keçirilən Konqressdir. FİATA-nın digər orqanları – Baş Assambleya, İcraiyyə komitəsi, Rəyasət heyəti, Katiblik və Komitələr.
Mənzil-qərargahı Sürixdə (İsveçrə) yerləşir.