Baş səhifə » Beynəlxalq əlaqələr » Beynəlxalq təşkilatlarla əməkdaşlıq » Dəmir Yolu Əməkdaşlıq Təşkilatı

Dəmir Yolu Əməkdaşlıq Təşkilatı
Организация Сотрудничества Железных Дорог (ОСЖД)
Organization for Cooperation of Railways

DYƏT 1956-cı il 28 iyun tarixində Sofiyada keçirilən Beynəlxalq Konfransda qeyri-hökumət təşkilatı kimi yaradılmışdır.
DYƏT-in əsas vəzifələri: beynəlxalq yük və sərnişin daşımalarının gələcək inkişafı, dəmir yolu, avtomobil nəqliyyatı və şosse yolları sahəsində elmi-texniki əməkdaşlıq, texniki tərəqqiyə yardım, bu nəqliyyat növlərinin işinin əlaqələndirilməsi. DYƏT haqqında Əsasnaməyə uyğun olaraq, bu təşkilat DYƏT iştirakçı-ölkələr arasında beynəlxalq yük və sərnişin daşımalarının planlaşdırılması, daha səmərəli marşrutların təyin edilməsi, yük və sərnişin tariflərinin işlənib hazırlanması ilə məşğul olur, hərəkət tərkibinin daha qənaətli istifadəsini, qatarların hərəkət sürətinin artırılmasını və beynəlxalq daşımalarda hərəkət cədvəllərinin təkmilləşdirilməsini təmin edir, beynəlxalq əhəmiyyətli dəmir yolu xətlərinin tikintisi və bərpası məsələlərinin razılaşdırması, hərəkət tərkibinin standartlaşdırılması mərkəzidir, elmi-texniki əməkdaşlığı təşkil edir.
DYƏT çərçivəsində bir sıra sazış və qaydalar mövcuddur: Beynəlxalq yük əlaqələri haqqında Saziş (СМГС), Beynəlxalq sərnişin əlaqələri haqqında Saziş (СМПС), Beynəlxalq əlaqələrdə vaqonların istifadəsi Qaydaları haqqında Müqavilə (ППВ), Beynəlxalq dəmir yolu sərnişin tarifi haqqında Müqavilə (МПТ), Vahid tranzit tarifi haqqında Müqavilə (ЕТТ), Beynəlxalq sərnişin və yük əlaqələrində daşımalara dair hesablama qayhdaları haqqında Müqavilə.
DYƏT-in ali idarəedici orqanı – dəmir yolu və avtomobil nəqliyyatını idarə edən Nazirlər İclasıdır. Bu orqanın sessiyaları hər il keçirilir. Komitə - İclasın icraiyyə orqanıdır.
DYƏT-in mənzil-qərargahı Varşavada (Polşa) yerləşir.
Hazırda Avropanın və Asiyanın 27 dövləti DYƏT-in üzvüdür. Azərbaycan Respublikası DYƏT-ə 1993-cü ildən üzv seçilib.