Baş səhifə » Beynəlxalq əlaqələr » Beynəlxalq təşkilatlarla əməkdaşlıq » Beynəlxalq Dəmir Yolu İttifaqı

Beynəlxalq Dəmir Yolu İttifaqı
Международный союз железных дорог
International Union of Railways (UIC)

Beynəlxalq Dəmir Yolu İttifaqı 1921-ci ildə dəmir yolu administrasiyaları nümayəndələrinin Konfrasında yaradılıb. Hazırda İttifaq 58 dövlətlə təmsil olunur.
UIC-in məqsədi üzvlər arasında əməkdaşlığın möhkəmləndirilməsi, üzvlərin istismar fəaliyyətinin yaxşılaşdırılması məqsədilə dəmir yolu daşımalarının gələcək inkişafına yardım göstərən tədbirlərin həyata keçirilməsidir. UIC dəmir yolu nəqliyyatının rolunun yüksəldilməsinə kömək məqsədilə ümumi əsasları işləyib hazırlayır.
Nəzərdə tutulan vəzifələri yerinə yetirmək üçün UIC norma və tövsiyələr işləyib hazırlayır, üzvlərinin ümumi maraqlarının qorumağını və müvəkkilliyini təmin etmək məqsədilə digər təşkilatlarla əlaqələr yaradır, daşıma iqtisadiyyatı sahəsində layihə və tədqiqatlar hazırlayır və həyata keçirir, məlumat və təcrübə mübadiləsinə yardım göstərir.
Ali orqan – Baş Assambleya. İşçi orqanları: Şura, İcraiyyə komitəsi, Xüsusi qruplar.
Mənzil-qərargahı Parisdə (Fransa) yerləşir.
Azərbaycan Respublikası 1995-ci ildən UIC-in üzvüdür.