Baş səhifə » Qanunvericilik » Nazirlər Kabinetinin Qərarları və Sərəncamları » "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında

"Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
"Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamının 14.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
 
Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə
 
Bakı şəhəri, 12 yanvar 2012-ci il
    № 4
 
  
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 12 yanvar
tarixli 4 nömrəli qərarı ilə
təsdiq edilmişdir
 
 
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
 
S İ Y A H I S I
 
1. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti.
2. "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti.
3. "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti.
4. Tikilməkdə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyəti.