Baş səhifə » Qanunvericilik » Sərəncamlar » “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008–2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 8 iyul 2008-ci il, № 2930

“Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008–2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
 
“Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006 – 2007-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 1 fevral tarixli 1255 nömrəli Sərəncamına müvafiq olaraq Bakı şəhərində mövcud olan nəqliyyat problemlərinin həll edilməsi, ümumilikdə paytaxtın nəqliyyat sisteminin inkişafının və səmərəli işinin təşkil edilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Bakı şəhərində yeni körpülərin, yeraltı və yerüstü keçidlərin, çoxmərtəbəli avtomobil dayanacaqlarının layihələndirilməsi və tikilməsi, mövcud yol qurğularının təmiri və yenidən qurulması sahəsində aparılan işlərin davam etdirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 – 2013-cü illər üçün əlavə Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilmiş əlavə Tədbirlər Planından irəli gələn məsələlərin maliyyələşdirilməsi üçün zəruri tədbirlər görsün;
2.2. ölkənin avtomobil yollarının müasir tələblərə uyğun yenidənqurulması ilə əlaqədar olaraq avtomobil yolları və yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklərin edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilmiş əlavə Tədbirlər Planının həyata keçirilməsini əlaqələndirsin və onun icrası barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
 
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 8 iyul 2008-ci il
№ 2930
 
 
 
 
 
 
 
 
 
 



 
 
 
       Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 8 iyul tarixli 2930 nömrəli Sərəncamı ilə
                     TƏSDİQ EDİLMİŞDİR
 
Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə
2008-2013-cü illər üçün əlavə
TƏDBİRLƏR PLANI
 
Sıra
№-si Tədbirin adı İcraçılar İcra
müddəti
(illər)
1 2 3 4
I. Bakı şəhərinin küçə və prospektlərinin kəsişmələrində müxtəlif səviyyəli yol qovşaqlarının layihələndirilməsi, tikintisi və yenidənqurulması üzrə
1.1. Yol qovşaqlarının layihə-smeta sənədlərinin hazırlanması Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi 2008-2010-cu
illər
1.2. Heydər Əliyev prospektinin Keşlə stansiyasına  gedən  dəmir yolu  ilə kəsişməsində Tağlı körpünün 8 cərgəli hərəkət üçün yenidənqurulması Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2008-ci il
1.3. Heydər Əliyev prospektinin Ağa Neymətulla küçəsi ilə kəsişməsində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2008-ci il
1.4. Babək prospektinin Mikayıl Əliyev küçəsi ilə kəsişməsində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2008-ci il
1.5. Azadlıq prospekti ilə Cəfər Xəndan küçələrinin kəsişməsində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2008-2009-cu
illər
1.6. Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2008-2009-cu
illər
1.7. Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2009-2011-ci
illər
1.8. Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2008-2009-cu
illər
1.9. Əbdülvahab Salamzadə küçəsi ilə Mətbuat prospektinin kəsişməsində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2012-2013-cü
illər
1.10. Hüseynbala Əliyev küçəsi ilə Rəşid Məmmədov küçəsinin kəsişməsində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2010-2012-ci
illər
1.11. Azadlıq meydanı - Zığ dairəsi yolu ilə Ramiz Quliyev küçəsinin kəsişməsində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2008-2011-ci
illər
1.12. Azadlıq meydanı - Zığ dairəsi yolu ilə Gəncə prospektinin kəsişməsində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2008-2011-ci
illər
1.13. Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2009-2010-cu
illər
1.14. Bakıxanov küçəsi boyu Rəşid Behbudov küçəsinin Tbilisi   prospektinədək  məsafənin birləşməsində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2009-2010-cu
illər
1.15. Koroğlu  Rəhimov   küçəsi   ilə   Fətəli  xan Xoyski küçəsinin kəsişməsində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2010-2012-ci
illər
1.16. Neftçilər   prospektinin   akademik  Mikayıl Hüseynov və Niyazi küçələri ilə kəsişməsində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2011-2013-cü
illər
1.17. Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi
  2012-2013-cü
illər
1 2 3 4
1.18. Bakı dairəvi - 2 avtomobil yolunun (Xocahəsən - Lökbatan hissəsi) Xocahəsən qəsəbəsi ərazisində, Heybət stansiyasının yaxınlığında demir yolu ilə kəsişməsində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2009-2011-ci
illər
1.19. Bakı şəhərində istismarda olan 8 ədəd yol ötürücüsünün bərpası və yenidənqurulması Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2008-2009-cu illr
1.20. Bakı şəhərinin küçə və prospektlərində 75 ədəd piyada keçidlərinin inşası Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2008-2013-cü illər
II. Bakı şəhərində mövcud avtomobil yollarının yenidənqurulması, yeni avtomobil yollarının, çoxmərtəbəli avtomobil dayanacaqlarının tikintisi üzrə
2.1. Azadlıq meydanını Zığ dairəsi ilə birləşdirən 12 kilometrlik mövcud Zığ şosesinin 8 cərgəli hərəkət üçün yenidənqurulması Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2008-2009-cu illər
2.2. Zığ dairəsi – Heydər Əliyev Hava Limanı 6 sürət zolaqlı yeni avtomobil yolunun tikintisi Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2008-ci il
2.3. Heydər Əliyev Hava Limanı - Mərdəkan dairəsi - Bilgəh mövcud avtomobil yolunun 6 cərgəli hərəkət üçün yenidenqurulması Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2009-2011-ci illər
2.4. Zığ dairəsi – Heydər Əliyev Hava Limanı avtomobil yolundan Qala stansiyasına və Sahilə gedən 4 cərgəli avtomobil yolunun tikintisi Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2009-2010-cu illər
2.5. M1 (Bakı - Rusiya sərhədi) avtomobil yolunun 46-cı kilometrinə birləşən 54 kilometrlik dənizkənarı Bilgeh - Sumqayıt - Tağıyev qəsəbəsi avtomobil yolunun 4 cərgəli hərəkət üçün yenidənqurulması Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2011-2013-cü illər
2.6. Heydər Əliyev prospektinin Babək prospektindən Əzizbəyov dairəsinədək olan sahəsinin 8 cərgəli hərəkət üçün yenidənqurulması
  Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2008-ci il
2.7. Babək prospekti boyu, Qaraçuxur qəsəbəsi üzərindən girişlərlə uzunluğu 1800 metr, öz uzunluğu 780 metr olan vant konstruksiyalı körpünün tikintisi Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2011-2013-cü illər
2.8. Məhəmmədli, Zabrat, Sabunçu məntəqələrinin yanından keçməklə Nardaran qəsəbəsini yeni tikilən Sabunçu yol qovşağı ilə birbaşa birləşdirən 18 kilometrlik 4 cərgəli sürət zolaqlı avtomobil yolunun tikintisi Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2010-2013-cü illər
2.9. Gənclik meydanından Əzizbəyov dairəsinədək Ziya Bünyadov prospektinə paralel olaraq 7 kilometrlik 6 zolaqlı yolun tikintisi Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2009-2010-cu illər
2.10 Bakı - Astara yolunun 4 - 7-ci kilometrliyində, Bibiheybət məscidi ilə Bayıl bazan arasında yolun yeni trassaya köçürülməklə yenidənqurulması Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2008-2010-cu illər
2.11. Bakı – Ələt avtomobil yolunun 8 kilometrlik Bayıl - Bibiheybət - Lökbatan dairəsi sahəsinin 6 cərgəli hərəkət üçün yenidənqurulması
  Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2008-2009-cu illər
1 2 3 4
2.12. Vaqif prospektini Xətai prospekti ilə birləşdirən 1,6 kilometrlik 4 cərgəli yolun tikintisi Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2008-2009-cu illər
2.13 Mir Cəlal küçəsini Biləcəri enişinə birbaşa birləşdirən 1 kilometrlik 4 cərgəli avtomobil yolunun tikintisi Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2010-2012-ci illər
2.14. Xırdalan dairəsi yaxınlığında, şimal istiqamətində dəmir yolu xəttinin altından keçən mövcud köhnə tunelin əvəzinə yeni 6 cərgəli tunelin tikilməsi Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2008-2011-ci illər
2.15. Bakı şəhərinin avtomobil yollarında, prospektlərində və mövcud piyada keçidlərində bərpa və yenidənqurma işlərinin aparılması Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti 2009-2013-cü illər
2.16. Bakı şəhərinin müxtəlif yerlərində çoxmərtəbəli avtomobil  dayanacaqlarının tikintisi Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti 2008-2013-cü illər