Baş səhifə » Qanunvericilik » Sərəncamlar » “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 1 fevral 2006-cı il, № 1255

“Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi

üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

 AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 Ölkənin dinamik sosial-iqtisadi inkişafı dayanıqlı infrastrukturun, o cümlədən etibarlı nəqliyyat sisteminin təşkilini şərtləndirir.

Bu istiqamətdə zəruri olan kompleks tədbirlər həyata keçirilərək, sahənin dövlət idarəetməsində bir sıra islahatlar aparılmış, yeni normativ hüquqi baza formalaşdırılmış, bazar iqtisadiyyatının tələblərinə cavab verən məqsədyönlü işlər aparılmışdır.

Son illərdə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində sürətli iqtisadi inkişaf, əhalinin sayının artması, işgüzar fəallığının genişlənməsi, müxtəlif təyinatlı binaların və obyektlərin tikintisinin vüsət alması nəqliyyat sisteminin fəaliyyətinə öz təsirini göstərmişdir. Belə ki, Bakı şəhərində nəqliyyat vasitələrinin sayının çoxalması yol hərəkətini kəskin şəkildə intensivləşdirmişdir. Nəticədə, Bakı şəhəri də bütün iri şəhərlərə xas olan nəqliyyat problemləri ilə üzləşmişdir. Bunlardan mövcud küçə-yol şəbəkəsinin hərəkətin yaranmış gərginliyinin öhdəsindən tam gələ bilməməsi, buraxılış qabiliyyətinin aşağı düşməsi, Bakının nəinki mərkəzi hissəsində, eləcə də şəhərə girişi-çıxışı, tranziti təmin edən bütün istiqamətlərdə, xüsusilə pik saatlarında gündəlik həyat ahənginə mənfi təsir göstərən çoxlu tıxacların əmələ gəlməsi qeyd edilməlidir.

Bakı şəhərində nəqliyyat sisteminin inkişafının və səmərəli işinin təşkil edilməsi, yeni müasir yolların və yol qurğularının, körpülərin, yeraltı və yerüstü keçid və dayanacaqların tikilməsi, ictimai nəqliyyatın fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006- 2007-ci illər üçün Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

2.1. bu Sərəncamın 1-ci bəndinə əsasən təsdiq edilmiş Tədbirlər Planının maliyyələşdirilməsi üçün zəruri olan tədbirlər görsün;

2.2. bu Sərəncamın 1-ci bəndinə əsasən təsdiq edilmiş Tədbirlər Planının həyata keçirilməsini əlaqələndirsin və onun icrası barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 1 fevral 2006-cı il

                  № 1255

 

 

ƏLAVƏ

Azərbaycan Respublikası Prezidentinin

                 2006-cı il 2 fevral tarixli 1255 nömrəli Sərəncamı ilə

 

                                                                                             TƏSDİQ EDİLMİŞDİR

 

 

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə

2006-2007-ci illər üçün

 

TƏDBİRLƏR PLANI


 

Sıra

№-si

Tədbirin adı

İcraçılar

İcra

müddəti

1

2

3

4

1.

Şəhərsalma həyata keçirildikdə küçə, yol, digər nəqliyyat infrastrukturunun planlaşdırılması və ona əməl olunmasının təmin edilməsi

Bakı Şəhər İcra Hakimiyyəti

 

daimi

2.

“2030-cu ilə qədər Bakı şəhərinin

nəqliyyat şəbəkəsinin (infrastrukturunun)

inkişaf Sxemi”nin hazırlanması

Bakı Şəhər İcra Hakimiyyəti,

Nəqliyyat Nazirliyi

 

6 ay

3.

Bakı şəhərinin 1:500 miqyasında rəqəmli

topoqrafik xəritəsinin və onun elektron variantının hazırlanması

Dövlət Torpaq və Xəritəçəkmə

Komitəsi,

Bakı Şəhər İcra Hakimiyyəti

3 ay

4.

Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair normativ hüquqi aktların layihələrinin hazırlanması;

 

yol hərəkəti qaydalarının tələblərinin pozulmasına görə inzibati cəza tədbirlərinin gücləndirilməsi;

 

cərimələrin ödənilməsi mexanizminin

təkmilləşdirilməsi barədə təkliflərin verilməsi

Nazirlər Kabineti

 

 

 

 

Nəqliyyat Nazirliyi,

Daxili İşlər Nazirliyi,

Ədliyyə Nazirliyi

 

Bakı Şəhər İcra Hakimiyyəti,

Vergilər Nazirliyi,

Maliyyə Nazirliyi

6 ay

 

 

 

        1 ay

5.

Bakı şəhərinin küçə və prospektlərində

çatışmayan yol nişanlarının, o cümlədən dayanma və durmanı qadağan edən yol nişanlarının qoyulması

Bakı Şəhər İcra Hakimiyyəti,

Daxili İşlər Nazirliyi

 

3 ay

6.

Bakı şəhərində avtomobillərin qadağan

olunan sahələrdə, o cümlədən səkilərdə

dayanmalarının qarşısının alınması

Daxili İşlər Nazirliyi

 

daimi

7.

Bakı şəhərinin ərazisində parklanma qaydalarını pozmuş avtomobillərin saxlanılması üçün yerlərin ayrılması.

Bu ərazilərdə mühafizə olunan dayanacaqların yaradılması, müvafiq avadanlıqlarla təchiz olunması və avtomobillərin evakuasiyası üçün 10 ədəd xüsusi təyinatlı (təxliyə) avtomobillərin

alınması məsələlərinin həll edilməsi

Bakı Şəhər İcra Hakimiyyəti,

Daxili İşlər Nazirliyi, İqtisadi

İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə

Dövlət Komitəsi

 

2 ay

1.

2.

3.

4.

8.

Şəhərin mərkəzi hissəsinə xüsusi təyinatlı,

qəza-xilasedici xidmətlərə aid yük avtomobilləri istisna olmaqla, yükgötürmə qabiliyyəti 5 tondan artıq olan yük avtomobillərinin hərəkətinə saat 08.00-dan 21.00-a qədər məhdudiyyət qoyulması

Bakı Şəhər İcra Hakimiyyəti,

Daxili İşlər Nazirliyi

1 ay

9.

Şəhərdaxili sərnişindaşıma marşrutlarının

yenidən müayinə edilməsi, nəqliyyatın

hərəkət istiqamətinin əksinə olan

sərnişindaşıma marşrutlarının dəyişdirilməsi;

 

bütün ictimai nəqliyyat dayanacağı yerlərinin yenidən müəyyən edilməsi, onların küçə kəsişmələrindən və nəqliyyat qovşaqlarından uzaqlaşdırılması, avtobusların qrafik üzrə hərəkətinin tətbiq edilməsi;

 

avtobus dayanacaqlarının            genişləndirilməsi;

 

şəhərdaxili sərnişindaşımalarında istifadə olunan mikroavtobusların iritutumlu

avtobuslarla əvəz edilməsi istiqamətində

tədbirlərin görülməsi;

 

şəhərətrafı qəsəbələrdən sərnişin daşıyan

avtobusların son dayanacaqlarının metro stansiyalarına ən yaxın yerləşən ərazilərə keçirilməsi

Bakı Şəhər İcra Hakimiyyəti,

Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi

 

 

Bakı Şəhər İcra Hakimiyyəti,

Nəqliyyat Nazirliyi,

 

 

 

Bakı Şəhər İcra Hakimiyyəti,

Nəqliyyat Nazirliyi,

 

Bakı Şəhər İcra Hakimiyyəti,

Nəqliyyat Nazirliyi,

 

 

 

Bakı Şəhər İcra Hakimiyyəti,

Nəqliyyat Nazirliyi,

 

1 ay

 

 

 

        6 ay

 

 

 

 

        2 il

 

 

        1 il

 

 

 

1 ay

 

10.

Reysqabağı və reysdən sonra ictimai nəqliyyat vasitələri sürücülərinin cari qaydada tibbi müayinədən keçirilməsi, həmçinin bu nəqliyyat vasitələrinin texniki müayinə olunmaları qaydalarının müəyyən edilməsi

Nazirlər Kabineti

 

1 ay

 

11.

Bakı şəhərinin ərazisində taksilərin

dayanacaq yerlərinin müəyyən edilməsi və rəsmiləşdirilməsi;

 

Bakı şəhərində qeydiyyatda olmayan

avtomobillərin şəhər daxilində taksi kimi istifadəsinin qadağan olunması

Bakı Şəhər İcra Hakimiyyəti,

Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi

 

Nəqliyyat Nazirliyi,

Daxili İşlər Nazirliyi

1 ay

 

 

5 ay

 

12.

“Yol hərəkəti haqqında” Azərbaycan

Respublikasının Qanununa uyğun olaraq,

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmadan küçələrin inşaat işlərinin aparılması ilə əlaqədar bağlanılmasına, daraldılmasına və səkilərin tutulmasına icazə

verilməməsi

 

 

Bakı Şəhər İcra Hakimiyyəti

daimi

1.

2.

3.

4.

13.

Bakı şəhərinin qeyri-kafi vəziyyətdə olan bütün mərkəzi küçələrinin, onların hərəkət hissələrinin, səkilərinin təmir olunması və işıqlandırılması

Bakı Şəhər İcra Hakimiyyəti,

Daxili İşlər Nazirliyi

6 ay

14.

Yol zolağına, səkilərə çıxan qanunsuz

tikililərin müəyyən edilərək qanunvericiliklə

müəyyən edilmiş qaydada sökülməsi və gələcəkdə küçələrin hərəkət hissələrinin, səkilərin daralması hesabına tikinti işlərinin aparılmasının

qadağan edilməsi

 

Bakı Şəhər İcra Hakimiyyəti,

Daxili İşlər Nazirliyi,

Dövlət Tikinti və Arxitektura

Komitəsi

daimi

15.

Zirzəmilərində avtomobillərin parklanma

yerləri nəzərdə tutulmayan və tikintisinə

başlanılmamış yaşayış binalarının layihələrinə yenidən baxılması, binanın layihəsində nəzərdə tutulmuş mənzillərin sayına uyğun sayda avtomobillərin parklanma yerləri layihəyə

daxil edildikdən sonra tikintiyə icazə verilməsi;

 

avtomobillər üçün parklanma yerləri olmayan yeni yaşayış və qeyri-yaşayış binalarının, ticarət obyektlərinin tikilməsinin qadağan edilməsi;

 

mövcud yaşayış binalarındakı sakinlərin normal yaşayışı üçün ərazisi və şəraiti olmayan həyətlərdə, habelə idman meydançalarında, təhsil və səhiyyə müəssisələrinin ərazilərində, həyətlərə

giriş və çıxış yollarında yeni binaların və digər təyinatlı qurğuların tikintisinin qadağan edilməsi

Bakı Şəhər İcra Hakimiyyəti,

Dövlət Tikinti və Arxitektura

Komitəsi

 

 

 

 

Bakı Şəhər İcra Hakimiyyəti,

Dövlət Tikinti və Arxitektura

Komitəsi

 

Bakı Şəhər İcra Hakimiyyəti,

Dövlət Tikinti və Arxitektura

Komitəsi

6 ay

 

 

 

 

 

 

daimi

 

 

daimi

16.

Bakı şəhəri daxilində fəaliyyət göstərən iri ticarət mərkəzlərinin şəhər ətrafına çıxarılması barədə təkliflərə baxılması, gələcəkdə bu cür yeni ticarət

mərkəzlərinin yalnız şəhər ətrafında tikilməsi

Bakı Şəhər İcra Hakimiyyəti

1 ay

 

17.

Bakı şəhərinin aşağıdakı küçə və prospektlərində

kəsişmələrin yenidən qurulması və müxtəlif səviyyəli yol qovşaqlarının inşa edilməsi:

H.Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin;

Ziya Bünyadov prospekti ilə Atatürk prospektinin;

Ziya Bünyadov prospekti ilə Azadlıq

prospektinin;

Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə

küçəsinin;

Tbilisi prospekti ilə Həsənbəy Zərdabi

küçəsinin;

Tbilisi prospekti ilə 20 Yanvar küçəsinin;

Cavadxan küçəsi ilə Alı Mustafayev küçəsinin;

Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin;

“Excelsior” mehmanxanası dairəsi

 

 

 

 

Nəqliyyat Nazirliyi,

Maliyyə Nazirliyi

 

2006-2007-ci

illər

 

1.

2.

3.

4.

18.

Bakı şəhərinin aşağıdakı küçələrinin

rekonstruksiya olunması:

Molla Cuma - Ak. Həsən Əliyev küçələrinin

kəsişməsinin;

Yeni Yasamal yaşayış massivində Talıblı

və Xiyabanı küçələrinin; Gülüstan sarayını Bayıl qəsəbəsi ilə birləşdirən yolun (yüngül minik avtomobillərinin hərəkəti üçün);

T. Şahbazı küçəsinin açılması;

Mərdanov qardaşları və Xaqani küçələrinin

kəsişməsinin açılması;

Əhməd Rəcəbli küçəsinin açılması

Bakı Şəhər İcra Hakimiyyəti,

Dövlət Tikinti və Arxitektura

Komitəsi,

Maliyyə Nazirliyi

 

6 ay

 

19.

Bakı şəhərinin aşağıdakı yollarında və küçə kəsişmələrində yerüstü və yeraltı piyada keçidlərinin inşa edilməsi:

Heydər Əliyev prospektində (3 keçid);

Bülbül prospekti ilə Nizami küçəsinin

kəsişməsində;

Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində;

Bülbül prospekti ilə  Ü. Hacıbəyov küçəsinin

kəsişməsində;

R. Behbudov prospekti ilə Füzuli küçəsinin

kəsişməsində;

S. Vurğun  və  Nizami küçələrinin kəsişməsində;

S. Vurğun və  Bakıxanov küçələrinin  kəsişməsində;

S. Vurğun küçəsində  “Təzə bazar”ın  qarşısında;

Q. Qarayev prospektində “8-ci km. bazarı”nın qarşısında;

“Azneft” meydanında (2 keçid)

Nəqliyyat Nazirliyi,

Bakı Şəhər İcra Hakimiyyəti,

Dövlət Tikinti və Arxitektura

Komitəsi,

Maliyyə Nazirliyi

2006-2007-ci

illər

 

20.

Murtuza Muxtarov, Əlibəy Hüseynzadə, Zivərbəy Əhmədbəyov, İsmayılbəy Qutqaşınlı, Süleyman Tağızadə, Bəşir Səfəroğlu, Möhsün Sənani, Abbas

Səhhət, Nəsibbəy Yusifbəyli, Vidadi, Tolstoy, Rixard Zorge, Dilarə Əliyeva, Rastropoviç, Üzeyir Hacıbəyov, Rəfili, Topçubaşov, Salatın Əsgərova,

Süleyman Rüstəm və Ceyhun Hacıbəyli küçələrinin inşaat işlərinin aparılması ilə əlaqədar hərəkət hissələri, piyada səkiləri tam və ya qismən çəpərlənərək, bağlanmış sahələrin əvvəlki

vəziyyətinin bərpa edilməsi, tələb olunan asfaltlanma işlərinin aparılması

Bakı Şəhər İcra Hakimiyyəti,

Daxili İşlər Nazirliyi

2 ay

 

21.

F. Xoyski, A. Nemətulla, Ş. Qurbanov, Ə. Haqverdiyev, Dilarə Əliyeva, İnşaatçılar,

Xətai, Nobel, H. Cavid küçə və prospektlərində qarşılıqlı hərəkəti ayıran təhlükəsizlik zolaqlarının salınması

 

 

 

 

 

 

Bakı Şəhər İcra Hakimiyyəti,

Daxili İşlər Nazirliyi

2006-cı il

 

1.

2.

3.

4.

22.

Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması və tıxacların aradan  qaldırılması məqsədilə Abşeron yarımadasının cənub-qərbindən cənub-şərqinə qədər, yəni M-2 avtomobil yolundan başlayaraq M-1 avtomobil yolunu kəsib keçməklə, Hövsan qəsəbəsinədək

olan sahədə 6-8 cərgəli dairəvi avtomobil yolunun layihələndirilməsi və tikintisinə başlanılması

Nəqliyyat Nazirliyi,

Maliyyə Nazirliyi

 

2006-cı il

 

23.

“Əzizbəyov” metro stansiyası dairəsindən Heydər Əliyev adına Hava Limanına qədər avtomobil yolunun 8-12 cərgəli nəqliyyat hərəkəti üçün nəzərdə tutulmaqla nəqliyyat qovşaqları ilə birlikdə layihələndirilməsi və tikintisinə başlanılması

Nəqliyyat Nazirliyi,

Maliyyə Nazirliyi

 

2006-cı il

 

24.

Bakıxanov qəsəbəsinin Yavər Əliyev küçəsi ilə Aeroport şossesini birləşdirən dəmir yolu üzərindən körpü keçidinin layihələndirilməsi və tikilməsi

Nəqliyyat Nazirliyi,

Maliyyə Nazirliyi

 

2006-2007-ci

illər

 

25.

Şəhərin Babək prospektini Yeni Günəşli qəsəbəsinin şimalından keçməklə Yeni Suraxanı dairəsi ilə birbaşa birləşdirən avtomobil yolunun layihələndirilməsi

Nəqliyyat Nazirliyi,

Maliyyə Nazirliyi

2006-cı il

 

26.

Nəqliyyat Nazirliyi tərəfindən seçilmiş variant üzrə avtomobil yollarının, yol ötürücülərinin, yol qovşaqlarının, körpülərin təhkim və mühafizə zolağına düşən bütün növ mühəndis kommunikasiyalarının, binaların və qurğuların

qanunvericiliklə müəyyən edilmiş qaydada

köçürülməsi məsələlərinin həlli;

“Əzizbəyov” metro stansiyası və “Sabunçu”

dairələri arasında yerləşən kommunikasiyaların, binaların və qurğuların qanunvericiliklə müəyyən edilmiş qaydada köçürülməsinin yolun hər iki tərəfində ərazinin gələcək inkişafı nəzərə alınmaqla həyata keçirilməsi

Bakı Şəhər İcra Hakimiyyəti,

Maliyyə Nazirliyi, Daxili İşlər

Nazirliyi, Milli Təhlükəsizlik

Nazirliyi, Müdafiə Nazirliyi,

Xüsusi Dövlət Mühafizə

Xidməti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Neft Şirkəti, “Azəriqaz” QSC, “Azərenerji” ASC, “Azərsu” ASC, “Barmek AEŞ” MMC, Abşeron Rayon İcra Hakimiyyəti

5 ay

 

27.

Avtomobil yolları, yol ötürücüləri, yol qovşaqları, körpülər üçün təhkim və mühafizə zolağına aid torpaq sahəsinin ayrılması və müvafiq qaydada sənədləşdirilməsi məsələlərinin həlli

 

 

 

 

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi

 

 

 

 

 

5 ay

 

1.

2.

3.

4.

28.

Şəhərin Səbail, Nəsimi, Yasamal, Nərimanov,

Nizami və Xətai rayonlarının ərazilərində avtomobillərin saxlanması məqsədilə yeraltı, yerüstü qarajların və ödənişli dayanacaqların tikilməsi üçün torpaq sahələrinin ayrılması;

 

ayrılmış torpaq sahələrində özəl sektor tərəfindən qarajların tikilməsi, ödənişli dayanacaqların təşkili

Bakı Şəhər İcra Hakimiyyəti

 

 

 

 

İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

1 ay

 

 

 

 

2006-2007-ci

       illər

29.

Özəlləşdirilməmiş zavod, müəssisə,

fabrik və digər tikililərin ərazilərindən,

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi,

 

 

habelə binalardan qaraj və avtomobil

dayanacaqları kimi istifadə olunması

haqqında təkliflərin verilməsi

İqtisadi İnkişaf Nazirliyi,

Bakı Şəhər İcra Hakimiyyəti,

Daxili İşlər Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi

2 ay

 

30.

Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin intensiv vaxtlarında tıxaclar yaranan küçə kəsişmələrində, dairələrdə, nəqliyyat qovşaqlarında yol polisi əməkdaşları tərəfindən hərəkətin nizamlanmasının təşkil edilməsi

Daxili İşlər Nazirliyi

daimi

31.

Avtomobillərin satışının şəhərin küçələrinin

səkilərində və yol kənarlarında qadağan edilərək, müəyyən edilmiş xüsusi yerlərdə təşkil edilməsi

Bakı Şəhər İcra Hakimiyyəti,

Daxili İşlər Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2 ay

 

32.

Kütləvi informasiya vasitələri, xüsusən televiziya kanalları vasitəsilə Bakı şəhərinin küçə və yol şəbəkəsində aparılan təmir-tikinti işləri, hərəkət üçün bağlanan yol sahələri barədə məlumatın

vaxtlı-vaxtında verilməsi, hərəkət təhlükəsizliyi üzrə təbliğatın aparılması

Bakı Şəhər İcra Hakimiyyəti,

Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi

daimi