Baş səhifə » Nazirliyin fəaliyyəti » Regional infrastruktur layihələri

 Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir.
Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir.
Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artacaqdır.

Layihənin parametrləri

Gürcüstan ərazisində
- Axalkalaki-Kartsaxi (Türkiyə sərhədi) ərazisində yeni tikinti - 26,3 km.

- Axalkalaki stasiyasının (28 yollu) tikintisi – 3 km (təkər arabacıqları dəyişdirilməsi məntəqəsi).

- Marabda-Axalkalaki istiqamətində mövcud yolda tikinti, reabilitasiya və rekonstruksiya işləri – 153,1 km;
I mərhələ Marabda-Tetritskaro sahəsi (29,2 km),
II mərhələ Tetritskaro-Tsalka sahəsi (49,7 km),
III mərhələ Tsalka-Axalkalaki sahəsi (74,2 km).

Türkiyə ərazisində
- Qars-Gürcüstan sərhədi sahəsində yeni dəmir yolunun tikintisi - 75,6 km.

Türkiyə-Gürcüstan sərhədində
- Dağın altından keçəcək tunelin tikintisi - 4450 m uzunluğunda
Gürcüstan ərazisində - 2070 m,
Türkiyə ərazisində - 2380 m

Yük daşımaları həcmi 5-ci istismar ilində 6 mln. ton, 10-cu istismar ilində isə 15 mln. ton və çox proqnozlaşdırılır.

Layihə üzrə Gürcüstan ərazisində aparılan işlər Azərbaycan Respublikası tərəfindən ayrılmış kredit hesabına maliyyələşdirilir

2014-cü ilin sonuna Bakı-Tbilisi-Qars yeni dəmir yolu üzrə işçi qatarların Türkiyə sərhədinə qədər buraxılması, 2015-ci ilin ikinci yarsında isə layihənin tam istifadəyə veriləcəyi nəzərdə tutulmuşdur.