Baş səhifə » Qanunvericilik » Nazirlər Kabinetinin Qərarları və Sərəncamları » Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında 31 mart 2005-ci il, № 59

Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.   "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı" təsdiq edilsin (əlavə olunur).
2.   "Azərbaycan SSR-nin yerli əhəmiyyətli avtomobil yollarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 10 dekabr tarixli 393 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
3.   Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Baş naziri    A. RASİZADƏ
 
Bakı şəhəri, 31 mart 2005-ci il
№ 59
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
 
Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının
SİYAHISI