Baş səhifə » Qanunvericilik » Nazirlər Kabinetinin Qərarları və Sərəncamları » "Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında

"Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanının icra olunması məqsədilə Azərbaycan Respublika-sının Nazirlər Kabineti qərara alır:
1. Nəzərə alınsın ki, avtomobil yolları əhəmiyyətinə, yol şəbəkəsində tutduğu yerə, funksional təyinatına, istifadə imkanlarına, istifadəçilərinə və mülkiyyətçilərinə görə ümumi və xüsusi istifadədə olan avtomobil yolları, dövlət avtomobil yollan, bələdiyyə avtomobil yollan, özəl avtomobil yolları, respublika əhəmiyyətli avtomobil yolları, yerli əhəmiyyətli avtomobil yolları, müdafiə təyinatlı avtomobil yolları və sahə avtomobil yolları kimi təsnif olunur.
Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin balansındadır.
2.   "Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri" təsdiq edilsin (əlavə olunur).
3.   "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları" təsdiq edilsin (əlavə olunur).
4.     Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində respublika və yerli əhəmiyyətli avtomobil yollarının siyahısını hazırlayıb təsdiq edilmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
5.     Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Baş naziri   A. RASİZADƏ
Bakı şəhəri, 1 iyul 2004-cü il
       № 91
 
 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
 
Azərbaycan Respublikasında avtomobil yollarının
 
TƏSNİFAT GÖSTƏRİCİLƏRİ
 
Ümumi istifadədə olan avtomobil yollarının təsnifat göstəriciləri
 
1. Avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları.
2.     Beynəlxalq avtomobil yollan.
3.     Müdafiə təyinatlı avtomobil yolları.
4.     Respublika və yerli əhəmiyyətli avtomobil yolları.
5.     Ümumi istifadə üçün açılmış bələdiyyə avtomobil yolları.
 
Müdafiə təyinatlı yollara aid edilən respublika, yerli və sahə avtomobil yollarının təsnifat göstəriciləri
 
Müdafiə xarakterli yüklərin daşınması və hərbi texnikanın hərəkəti üçün nəzərdə tutulan respublika və yerli əhəmiyyətli, sahə avtomobil yolları.
 
Dövlət avtomobil yollarının təsnifat göstəriciləri
 
1. Yaşayış məntəqələri və dövlət müəssisələrini birləşdirən avtomobil yolları.
2.     Respublika və yerli əhəmiyyətli avtomobil yolları.
 
Bələdiyyə avtomobil yollarının təsnifat göstəriciləri
 
1.     Bələdiyyə qurumlarının ərazisi hüdudlarında (beynəlxalq, respublika və yerli əhəmiyyətli avtomobil yolları, sahə və özəl avtomobil yolları istisna olmaqla) avtomobil yolları.
2.     Şəhər, qəsəbə və başqa yaşayış məntəqələri daxilində yerləşən və bələdiyyə qurumlarının mülkiyyətində olan küçələr, keçidlər, digər yollar və yol qurğuları.
 
Özəl avtomobil yollarının təsnifat göstəriciləri
 
1. Qeyri-dövlət vəsaiti hesabına inşa olunan, hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyətində olan qeyri-dövlət avtomobil yolları.
2.     Özəlləşdirilmiş avtomobil yolları.
 
Respublika əhəmiyyətli avtomobil yollarının təsnifat göstəriciləri
 
1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərini Azərbaycan Respublikası ilə həmsərhəd ölkələrlə birləşdirən avtomobil yolları.
2.    Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərini respublikanın şəhərləri və rayon mərkəzləri ilə birləşdirən avtomobil yolları.
3.    Respublikanın şəhər və rayon mərkəzlərini bir-biri ilə birbaşa birləşdirən avtomobil yolları.
4.    Dəmir yolu stansiyalarmı, hava və dəniz limanlarım respublika əhəmiyyətli avtomobil yollan ilə birbaşa birləşdirən avtomobil yolları.
5.    Respublika əhəmiyyətli avtomobil yollarını bir-biri ilə birbaşa birləşdirən avtomobil yolları.
 
Yerli əhəmiyyətli avtomobil yollarının təsnifat göstəriciləri
 
Kənd və qəsəbələri şəhərlər və rayon mərkəzləri ilə birbaşa birləşdirən avtomobil yolları (bir yoldan artıq olmamaqla).
 
Sahə avtomobil yollarının təsnifat göstəriciləri
 
1.     Mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatları, fermer təsərrüfatlarını ümumi istifadədə olan avtomobil yolları ilə birləşdirən avtomobil yolları (giriş yolları).
2.     Müəssisə və təşkilatları, fermer təsərrüfatlarını bir-biri və ərazilərindəki obyektləri ilə birləşdirən istehsalat-texnoloji daşımalara xidmət edən avtomobil yolları.
3.     Müəssisə və təşkilatlan, fermer təsərrüfatlarım özlərinin istehsal, emal, tədarük obyektləri, turizm və rekreasiya zonaları, habelə bu zonalardan kənarda yerləşən turist bazaları ilə birləşdirən avtomobil yolları.[1]
4.     Kanallar, boru kəmərləri, elektrik və rabitə xətləri, digər mühəndis qurğu və kommunikasiyaları boyu çəkilən xidməti və patrul yolları, hidrotexniki və digər qurğulara giriş yolları.
5.     Tarix-memarlıq və mədəniyyət qoruqlarının ərazilərindəki avtomobil yolları. [2]
 
 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
 
Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması
 
QAYDALARI
 
1.    "Avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları" (bundan sonra - Qaydalar) "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmışdır.
2.    Ümumi istifadədə olan avtomobil yollarının adı onun birinci və axırıncı yaşayış məntəqələrinin adı ilə (lazım gələrsə, aralıq yaşayış məntəqələrindən birinin adı da) adlandırılır.
3.    Ümumi istifadədə olan avtomobil yolları Azərbaycan əlifbasının hərfləri və rəqəmlərlə indeksləşdirilir.
4. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının siyahısı onların adı və indeksləri göstərilməklə (beynəlxalq avtomobil yollarının adlandırılması və indeksasiyası barədə beynəlxalq sazişlər nəzərə alınmaqla) Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təqdimatına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
5.    Beynəlxalq avtomobil yollarının adlandırılması və indeksasiyası beynəlxalq sazişlər əsasında müəyyənləşdirilir.
6.    Respublika və yerli əhəmiyyətli avtomobil yollarının adlandırılması və indeksasiyası Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən, digər dövlət avtomobil yollarının adlandırılması və indeksasiyası yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyətləri istisna olmaqla) tərəfindən müəyyənləşdirilir.[3]
7.     Qəsəbə və kəndlərin ərazisində yerləşən bələdiyyə avtomobil yollarının adlandırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr tərəfindən müəyyənləşdirilir.
8.    Özəl avtomobil yollarının adlandırılması mülkiyyətçilərin rəyi nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilir.
9.    Avtomobil yollarının adı, indeksi, uzunluğu, balans qiyməti, örtüyünün növü, yol nişanlarının dislokasiyası, avtomobil yollarının tutduğu torpaq sahəsi (avtomobil yollarının təhkim zolağı da daxil olmaqla) göstərilməklə texniki pasportu olmalıdır.
10.   Avtomobil yollarının texniki pasportunun forması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən hazırlanır və təsdiq edilir.[4]
11.   Avtomobil yollarının texniki pasportu təsdiq olunmuş formaya uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş kadastr məlumatlarına əsasən yol təsərrüfatı subyektləri tərəfindən iki nüsxədə hazırlanır və nüsxələrin biri yolun qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə təqdim edilir.[5]
12.   Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi avtomobil yollarının qeydiyyatmı aparır, bu barədə reyestrdə müvafiq qeydlər edir və avtomobil yollarının qeydiyyatı haqqında avtomobil yollarının mülkiyyətçilərinə müvafiq arayış verir. Avtomobil yolları və yol təsərrüfatının digər daşınmaz əmlakı üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır və müvafiq çıxarışla rəsmiləşdirilir.[6]
13.   Avtomobil yollarının ümumi siyahısı və rəsmi xəritəsi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən hazırlanır.
14.    Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi avtomobil yollarının daşınmaz əmlakın kadastrı xəritəsində yerləşdirilməsi üçün zəruri olan məlumatları yarım ildə bir dəfə razılaşdırılmış formada və qaydada Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir.[7]
15.   Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının adları dəyişdirildikdə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi 3 (üç) gün müddətində ünvan reyestrində müvafiq dəyişikliklərin edilməsini təmin edir.[8]
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
1.         7 noyabr 2007-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1177)
2.         25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132)
3.         14 avqust 2009-cu il tarixli 124 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 8, maddə 677)
4.         6 noyabr 2012-ci il tarixli 258 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
5.       5 may 2014-cü il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 may 2014-cü il, № 99)
 
QƏRARA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI


________________________________________
[1] 2 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) ilə «Sahə avtomobil yollarının təsnifat göstəriciləri» bölməsinin 3-cü bəndində«istirahət zonaları və turist bazaları» sözləri «turizm və rekreasiya zonaları, habelə bu zonalardan kənarda yerləşən turist bazaları» sözləri ilə əvəz edilmişdir.
 
[2] 14 avqust 2009-cu il tarixli 124 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 8, maddə 677) ilə "Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin "Sahə avtomobil yollarının təsnifat göstəriciləri" bölməsinə yeni məzmunda 5-ci bənd əlavə edilmişdir.
 
[3] 7 noyabr 2007-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1177) ilə “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın 10-cu bəndində “forması” sözündən sonra “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə razılaşdırılmaqla” sözləri əlavə edilmişdir.
6 noyabr 2012-ci il tarixli 258 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 10-cu, 11-ci və 14-cü hissələrdə ismin müvafiq hallarında “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” sözləri ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.
 
5 may 2014-cü il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 may 2014-cü il, № 99) ilə “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın 6-8-ci hissələri yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
6. Sahə avtomobil yollarının adlandırılması və indeksasiyası Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və müəssisələr tərəfindən birgə müəyyənləşdirilir.
7. Bələdiyyə yollarının adlandırılması və indeksasiyası qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyələr tərəfindən müəyyənləşdirilir.
8. Mülkiyyətçi ona məxsus özəl yolların adlandırılmasını müəyyənləşdirmək hüququna malikdir.
 
[4] 7 noyabr 2007-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1177) ilə “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın 10-cu bəndində “forması” sözündən sonra “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə razılaşdırılmaqla” sözləri əlavə edilmişdir.
 
6 noyabr 2012-ci il tarixli 258 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 10-cu, 11-ci və 14-cü hissələrdə ismin müvafiq hallarında “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” sözləri ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.
 
[5] 7 noyabr 2007-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1177) ilə “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın 11-ci bəndində “uyğun olaraq” sözlərindən sonra “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş kadastr məlumatlarına əsasən” sözləri əlavə edilmişdir.
 
[6] 7 noyabr 2007-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1177) ilə “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın 12-ci bəndində “və avtomobil yollarının qeydiyyatı haqqında avtomobil yollarının mülkiyyətçilərinə müvafiq arayış verir” sözləri çıxarılmışdır və ikinci cümlə əlavə edilmişdir.
 
[7] 7 noyabr 2007-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1177) ilə “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”na 14-cü bənd əlavə edilmişdir.
 
[8] 6 noyabr 2012-ci il tarixli 258 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 15-ci hissə əlavə edilmişdir.