Baş səhifə » Qanunvericilik » Nazirlər Kabinetinin Qərarları və Sərəncamları » Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).
3. "Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısı, uçot və hesabat Qaydası" təsdiq edilsin (əlavə olunur).
4. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması Qaydası" təsdiq edilsin (əlavə olunur).
5. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
 
Bakı şəhəri, 6 aprel 1999-cu il
№ 60
 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi
ƏSASNAMƏ
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Əsasnamə pullu duracaq və qarajlarda nəqliyyat vasitələrinin saxlanılması qaydalarını müəyyən edir.
1.2. Bu Əsasnamədə aşağıdakı əsas anlayışlardan istifadə olunur:
duracaq-hərəkətsiz vəziyyətə gətirilmiş nəqliyyat vasitəsinin saxlandığı mühafizə olunan qapalı ərazidir;
qaraj-nəqliyyat vasitələrinin durması və parklanması üçün nəzərdə tutulan mühafizə olunan tikilidir.
1.3. Duracaq və qarajlar fiziki və hüquqi şəxslər tərəfindən yaradıla bilər. Onlar bu Əsasnamə əsasında fəaliyyət göstərirlər.
1.4. Duracaq və qarajlar nəqliyyat vasitələrinin saxlanılması məqsədilə yol hərəkətinin təhlükəsizliyi təmin olunan, ətraf mühitin mühafizəsi və ictimai təhlükəsizlik tələblərinə cavab verən yerlərdə təşkil olunmalıdır.
1.5. Qanunla müəyyən olunmuş hallarda istismarı qadağan edilən, eləcə də yol hərəkətindən kənarlaşdırılan nəqliyyat vasitələrinin müvəqqəti olaraq saxlanılması üçün Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi* bölümləri tərəfindən duracaq və qarajlar təşkil edilir.
 
2. NƏQLİYYAT VASİTƏSİNİN DURACAĞA VƏ QARAJA QƏBUL EDİLMƏSİ
2.1. Duracaq və qarajlar sutka ərzində fəaliyyət göstərirlər. Duracaq və qaraj məsul şəxslər tərəfindən mühafizə olunur. Duracaq və qarajın xidməti otağında iş vaxtı, bu Əsasnamənin mətni, avtonəqliyyatın saxlanılması üçün qiymət cədvəli, növbətçi qulluqçuların təlimatı, təhlükəsizlik qaydaları, duracaq və qaraj sahiblərinin telefon nömrələri olmalıdır.
2.2. Duracaq və qarajların məsul şəxsləri:
2.2.1. Nəqliyyat vasitəsinin sahibindən və ya sürücülərdən nəqliyyat vasitələrinin saxlanma qaydasına əməl olunmasını tələb etməlidir.
2.2.2. Saxlanılması üçün təqdim olunan nəqliyyat vasitəsinin xarici görünüşü və komplektliyini, zərurət olduqda isə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, onu idarə edən şəxsin sürücülük vəsiqəsini yoxlamalı və onları qeydə almalıdır.
2.2.3. Saxlanca qəbul zamanı nəqliyyat və sahibi barədə məlumatı bu Əsasnaməyə 1 nömrəli əlavəyə uyğun formada qeydiyyat jurnalına yazmalı və imza etməli, duracaq və qarajdan istifadə üçün ödənişə görə Əsasnaməyə 2 nömrəli əlavəyə uyğun formada qəbz və ya Əsasnaməyə 3 nömrəli əlavəyə uyğun saxlanma kartı verməlidir.
2.3. Banı zədələnmiş vəziyyətdə saxlanca təhvil verilən nəqliyyat vasitəsinin sahibindən DYP orqanının arayışı tələb edilir. Təqdim olunan arayış üzrə bu Əsasnamənin 2.3. maddəsinə müvafiq qeydiyyat aparılır.
2.4. Qanunla istismarı qadağan edilən və yol hərəkətindən kənarlaşdırılan nəqliyyat vasitələri müvəqqəti saxlanılması üçün DİN DYP nəzdində fəaliyyət göstərən duracaq və qarajlara gətirilir.
2.5. Duracağa və qaraja məcburi gətirilən nəqliyyat vasitəsi DİN-in müəyyən etdiyi formalı akt əsasında saxlanca qəbul edilir. Aktın bir nüsxəsi tərtib olunmuş inzibati materiala əlavə edilir, digər nüsxəsi isə nəqliyyat vasitəsi sahibinə verilir.
3. DURACAQ VƏ QARAJLARDA XİDMƏT HAQQININ ÖDƏNİŞİ
3.1. Nəqliyyat vasitəsinin duracağa və qaraja gətirilməsi və orada saxlanılmasına görə xidmət haqqı duracaq və qarajın sahibi tərəfindən müəyyən edilən qiymət cədvəlinə uyğun tutulur.
3.2. Duracaq və qarajlara saxlanca görə haqq nəqliyyat vasitəsi təhvil verilərkən ödənilir.
3.3. Əgər saxlama müddəti haqqı ödənilmiş bir sutkadan artıq olarsa və ya nəqliyyat vasitəsi məcburi saxlanılarsa, saxlanca görə ödəniş eləcə də onun duracağa gətirilmə haqqı, sahibi tərəfindən nəqliyyat vasitəsi götürüləndə verilir.
3.4. DİN BDYP İdarəsinin nəzdində fəaliyyət göstərən duracaq və qarajlarda xidmətə görə ödəniş Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilən tarifə uyğun tutulur.[1]
3.5. Duracaq və qarajlarda müqavilə qiymətləri ilə nəqliyyat vasitələrinə qulluqla əlaqədar, digər növ xidmətlər də göstərilə bilər.
4. NƏQLİYYAT VASİTƏSİNİ DURACAQDA VƏ QARAJDA SAXLAMA QAYDASI
4.1. Duracaqda və qarajda nəqliyyat vasitələri saxlanc üçün xüsusi işarələnmiş yer hüdudlarında dayandırılmalı, qapıları kilidlənməli, duracaq tormoz sistemi qoşulmalıdır.
4.2. İcazə verilən maksimum kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitəsini maili yerdə duracağa qoyduqda, təkərlərdən heç olmazsa birinin altına tıxac qoyulmalıdır.
4.3. Duracaq və qaraj daxilində nəqliyyat vasitəsi saatda 5 km-dən artıq olmayan sürətlə idarə olunmalıdır.
4.4. Nəqliyyat vasitəsi saxlanca qoyulduqdan sonra ona yanacaq doldurulmamalıdır.
4.5. Duracaq və qaraj daxilində saxlanca qoyulmuş nəqliyyat vasitələrinin salonlarında istirahət edilməməli və ya yuma, təmizləmə işləri aparılmamalıdır.
4.6. Nəqliyyat vasitəsindən yanacaq və yağ axdıqda, o saxlanca qoyulmamalıdır. 
5. NƏQLİYYAT VASİTƏSİNİN DURACAQ VƏ QARAJDAN VERİLMƏSİ
5.1. Nəqliyyat vasitəsi duracaq və qarajdan verilərkən növbətçi qulluqçuya sahibinin şəxsiyyətini təsdiq edən sənəd və saxlanma kartı və ya qəbz təqdim olunur.
5.2. Sahibi ilə razılaşma əsasında nəqliyyat vasitəsi onun notariat qaydada etibar etdiyi başqa şəxsə də verilə bilər.
5.3. Saxlanma kartı və ya qəbz itirildikdə nəqliyyat vasitəsi sahibinə duracağın və ya qarajın məsul şəxslərinin razılığı əsasında verilir.
5.4. Qanunla istismarı qadağan edilən və yol hərəkətindən kənarlaşdırılan nəqliyyat vasitəsi duracaqdan və qarajdan saxlanma səbəblərinin aradan qaldırılması və pozuntuya görə inzibati tənbeh verilməsi barədə DİN DYP vəzifəli şəxsinin arayışı əsasında verilir.
5.5. Sahibinin sərxoş vəziyyətdə olmasına kifayət qədər əsas olduqda nəqliyyat vasitəsi növbətçi qulluqçu tərəfindən duracaq və qarajdan verilmir.
6. NƏQLİYYAT VASİTƏSİ SAHİBİNİN VƏZİFƏSİ
6.1. Nəqliyyat vasitəsinin sahibi onu duracağın və qarajın növbətçi qulluqçusuna yoxlama üçün təqdim etməli və qeydiyyatdan keçdikdən sonra göstərilən yerə qoymalıdır.
6.2. Nəqliyyat vasitəsinin sahibi duracaq və qarajda saxlanılma və yanğın təhlükəsizliyi qaydalarına əməl etməlidir.
6.3. Saxlanc üçün ödəniş haqqını verdikdən sonra qəbz və ya saxlama kartı almalıdır.
6.4. Nəqliyyat vasitəsinin sahibi onu duracaq və qarajdan qəbul etdikdə yoxlamalı, etirazı barədə növbətçi qulluqçuya bildirməlidir.
6.5. Nəqliyyat vasitəsi sahibi duracaq və qaraj, eləcə də digər nəqliyyat vasitəsi sahibinə vurmuş olduğu ziyanı ödəməlidir.
7. DURACAQ VƏ QARAJ SAHİBİNİN VƏZİFƏLƏRİ
7.1. Duracaq və qaraj sahibləri nəqliyyat vasitələrinin toxunulmaz və təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməlidirlər.
7.2. Nəqliyyat vasitələri saxlanca qəbul edilən müddət ərzində onun istismar olunmasına, oğurlanmasına, hissələrinin sökülməsinə, avadanlığının oğurlanmasına görə duracaq və qaraj sahibləri Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.
7.3. Duracaq və qaraj sahibləri nəqliyyat vasitəsi oğurlandıqda və ya qaçırıldıqda, hissələri söküldükdə ərazi üzrə daxili işlər orqanlarına təcili məlumat verməlidirlər.
8. NƏQLİYYAT VASİTƏLƏRİNİN SAXLANMASINDAN ŞİKAYƏT
8.1. Nəqliyyat vasitəsinin sahibi ilə duracaq və qaraj sahibi arasında baş verən mübahisəli məsələlər qanunvericiliyə müvafiq olaraq məhkəmə yolu ilə həll edilir.
 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə
təsdiq edilmiş Əsasnaməyə
1 NÖMRƏLİ ƏLAVƏ
 
NƏQLİYYAT VASİTƏSİNİN SAXLANCA QƏBUL EDİLMƏ
JURNALI
 
Tarix, vaxt N/v markası dövlət nömrə nişanı N/v sahibinin soyadı, adı, atasının adı N/v olan əlavə avadanlıq N/v banın xarici əzintiləri N/v qəbul edən şəxsin imzası Sahibinin n/v təhvil alması Əlavə qeydlər
tarix imza
1 2 3 4 5 6 7 8 9 10
   
 
 
 
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə
təsdiq edilmiş Əsasnaməyə
2 NÖMRƏLİ ƏLAVƏ
 
NƏQLİYYAT VASİTƏSİNİN SAXLANCA QƏBUL EDİLMƏ
QƏBZİ
 
 
AA-000000 qəbzin kötük hissəsi
 
____________________________markalı, ___________________dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saxlanca qəbul edilmiş və sahibindən ..................................manat məbləğində xidmət haqqı alınmışdır.
 
Nəqliyyat vasitəsi
sahibinin imzası ______________________
 
(kəsilmə xətti)
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _  _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
 
____________________________________________
(duracağın və ya qarajın adı)
 
____________________________________________
(ünvanı)
 
QƏBZ – AA 000000
 
Nəqliyyat vasitəsi saxlanca qəbul edilmiş və ......................................... manat məbləğində xidmət haqqı ödənilmişdir.
 
 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə
təsdiq edilmiş Əsasnaməyə
3 NÖMRƏLİ ƏLAVƏ
 
NƏQLİYYAT VASİTƏSİNİN SAXLANMA KARTI
 
Saxlanma kartı 55x85 mm ölçülü, plastik qoruyucu üzlüklü vərəqədir.
 
______________________________________________________
(duracaq və ya qarajın adı)
______________________________________________________
(ünvanı)
 
 
NƏQLİYYAT VASİTƏSİNİN
SAXLANMA KARTI
 
 
 
 
 
Bu kart bir nəqliyyat vasitəsinin saxlanca
qəbul olunmasını təsdiq edən sənəddir.
 
 
 
Kartın maqnit kodu
 
 
 
 
 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılmasını, məlumat uçotlarının istifadəsini və hesabat məlumatlarının formalaşdırılmasını müəyyən edir.
2. YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ SAHƏSİNDƏ DÖVLƏT UÇOTUNUN APARILMASI
2.1. Azərbaycan Respublikası ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotu ərazi vahidləri üzrə yol hərəkəti təhlükəsizliyi göstəricilərinin bu Qaydalarla müəyyən edilən formalarda və müddətlərdə toplanması və ümumiləşdirilməsi yolu ilə aparılır.
2.2. Dövlət uçotu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, dövlət Statistika Komitəsi və digər orqanlar tərəfindən yol-hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi işinin təşkilini və tətbiqinin təmin etmək məqsədi ilə aparılır.[2]
3. YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ SAHƏSİNDƏ UÇOT MƏLUMATLARININ İSTİFADƏSİ
3.1. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində məlumat uçotlarından mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yol hərəkəti təşkilinin perspektiv proqramlarının, kompleks sxemlərini və layihələrini hazırlayan, bunları həyata keçirən təşkilatlar və habelə digər fiziki və hüquqi şəxslər istifadə edə bilər.
3.2. Fiziki və hüquqi şəxslər məlumat uçotlarından hərəkətin təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitə çirkləndirici maddələr buraxılmasının və tullanmasının, habelə səs-küyün və vibrasiyanın qarşısının alınması və azaldılması istiqamətində, habelə yol hərəkətinin təhlükəsizliyi sahəsində elmi-tədqiqat işlərinin aparılmasında, yol hərəkəti təhlükəsizliyinin təbliğində, yol hərəkətinin təşkilində və digər məqsədlərdə istifadə edirlər.
3.3. Məlumat uçotları rübdə bir dəfə olmaqla DİN DYP İdarəsində ümumiləşdiriləcək Dövlət Statistika Komitəsinə təqdim olunur, fiziki və hüquqi şəxslərə və onların şifahi və yazılı sorğusu əsasında verilir.
4. YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ SAHƏSİNDƏ HESABAT MƏLUMATLARININ FORMALAŞDIRILMASI
4.1. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində hesabat məlumatlarının formaları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilir.
4.2. Bu formalar:
4.2.1. aşkar edilmiş xətalar və bununla əlaqədar görülmüş tədbirlər; [3]
4.2.2. yol hərəkətinin təşkili tədbirləri;
yol hərəkəti təhlükəsizliyinin təbliği tədbirləri;
4.2.4. hərəkətin təhlükəsizliyi tədbirlərinə sərf olunan maliyyə
vəsaiti;
4.2.5. nəqliyyat vasitələrinin qeydiyyatı, texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi;
4.2.6. vətəndaşlara sürücülük vəsiqələrinin verilməsi;
4.2.7. yol-nəqliyyat hadisələri və yol hərəkəti ilə bağlı cinayətlər barədə uçot məlumatlarını əhatə etməlidir.
4.3. Hərəkətin təhlükəsizliyinin təmin olunması sahəsində, mövcud qanunvericiliyə müəyyən dəyişikliklər edildiyi halda məlumat uçotlarının hesabat formalarında düzəliş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən bu Qaydalara uyğun aparılır.
 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin
siyahısı, uçot və hesabat qaydası
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qayda yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısını müəyyənləşdirir, onların uçotunun və hesabatının aparılmasını tənzimləyir.
2. YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİ GÖSTƏRİCİLƏRİNİN SİYAHISI
Yol hərəkəti təhlükəsizliyi göstəricilərinə aşağıdakılar aid edilir:
2. 1. nəqliyyat vasitələrinin sayı;
2. 2. nəqliyyat vasitələri sürücülərinin sayı;
2.3. yol hərəkəti qaydalarını pozmuş şəxslərin sayı;
2.4. yol hərəkəti sahəsində xətaların və cinayətlərin sayı; [4]
2.5. yol-nəqliyyat hadisələrinin sayı;
2.6. yol-nəqliyyat hadisələrində zərər çəkmiş şəxslərin sayı;
2.7. nəqliyyat vasitələrinin texniki vəziyyəti və texniki baxışdan keçməsi.
Qeyd. Azərbaycanda bərabər hüquq və imkanların təmin edilməsi və gender inkişafının keyfiyyət parametrləri xüsusiyyətlərinin ifadə edilməsi məqsədi ilə 2.2, 2.3, 2.4 və 2.6 maddələrində göstəricilər kişi və qadın bölgüsündə verilir.
3. YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİ GÖSTƏRİCİLƏRİNİN UÇOTUNUN APARILMASI
3.1. Nəqliyyat vasitələrinin uçotu "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında" Əsasnamə ilə nizamlanır.
3.2. Nəqliyyat vasitələrinin sürücülərinin uçotu "Nəqliyyat vasitəsini idarə etmək hüquqi verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında" Əsasnamə ilə nizamlanır.
3.3. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda məsuliyyət nəzərdə tutulmuş hüquqpozmalara yol vermiş şəxslərin uçotu daxili işlər orqanlarında aparılır.
3.4. Yol hərəkəti sahəsində xətaların, habelə cinayətlərin uçotu Azərbaycan Respublikasının İnzibati Hüquqpozmalar haqqında, Cinayət və Cinayət Prosessual Məcəllələrinə müvafiq olaraq daxili işlər orqanlarında aparılır. [5]
3.5. Nəqliyyat vasitələrinin texniki vəziyyəti və texniki baxışdan keçirilməsi "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında" Əsasnamə ilə tənzimlənir.
Yol-nəqliyyat hadisələrinin, yol-nəqliyyat hadisələrində zərər çəkmiş şəxslərin
uçotu:
daxili işlər orqanları;
nəqliyyat vasitələri olan hüquqi şəxslər;
yol və kommunal təşkilatları tərəfindən aparılır.
Səhiyyə Nazirliyinin, digər nazirlik və idarələrin müalicə-profilaktika müəssisələri tərəfindən yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkən şəxslərin uçotu aparılır.
3.6.1. Hərəkətdə olan ən azı bir mexaniki nəqliyyat (tramvaylar da daxil olmaqla) vasitəsi ilə əlaqədar adamların ölməsinə, yaralanmasına və ya nəqliyyat vasitələrinin, yükün, yolun, yol və digər qurğuların və sair mülkiyyətinin zədələnməsinə səbəb olmuş yol nəqliyyat hadisələri uçota alınmalıdır.
Qeyd.
a) Yol-nəqliyyat hadisəsindən ölənlərə-hadisə yerində və ya ondan sonra 7 gün ərzində, hadisə zamanı aldıqları xəsarət nəticəsində ölən şəxslər aid edilir.
b) Yol-nəqliyyat hadisəsi nəticəsində yaralananlara aldığı bədən xəsarəti nəticəsində əmək qabiliyyətini itirmiş və ya 24 saatdan az olmayaraq qospitallaşdırılmış və yaxud ilk tibbi yardım aldıqdan sonra ambulator müalicə təyin edilmiş şəxslər aid edilir. Ambulator müalicə, tələb olunan hallarda, tibb-müalicə müəssisələrinin sənəd və arayışları ilə təsdiq edilir. Yol-nəqliyyat hadisəsi nəticəsində səhhətinin qısa müddətdə pozulmasına səbəb olmayan yüngül dərəcəli bədən xəsarəti almış şəxslər yaralananlara aid edilmirlər.
3.6.2. Yol-nəqliyyat hadisələri aşağıdakı müstəsna hallarda uçota alınmır:
idarə və müəssisələrin, aerodromların, hərbi hissələrin və digər obyektlərin qorunan və hasarlanmış ərazilərində baş verdikdə;
avtomobil və motosikl idmanı ilə əlaqədar tədbirlər keçirilərkən (yarış, məşqlər və s.) idmançı sürücülər, hakimlər və ya bu tədbirlərdə xidmət aparan digər şəxslər xəsarət aldıqda;
təyinatı üzrə əsas istehsalat tapşırıqların yerinə yetirərkən traktor və digər özü gedən maşınlara (şumlama, qazma, taya vurma, tarlada kənd təsərrüfatı məhsullarının yığılması, ağac tədarükü, yükləmə və boşaltma işləri, güllə və dayaq qurulması və s.) baş verdikdə;
insan həyatına və onun səhhətinə və yaxud mülkiyyətinə ziyan vurmaq məqsədi ilə qəsdən törədildikdə;
xəsarət alanın öz həyatına qəsdi nəticəsində baş verdikdə;
təbii fəlakət nəticəsində baş verdikdə;
hərbi təlimlər zamanı hərbi texnikanın vasitəsi ilə törədildikdə;
sürücü sükan arxasında olmadığı halda təhlükəsizlik texnikası və nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması nəticəsində törəndikdə (dəstək vasitəsi ilə sürətlər qutusu qoşulmuş halda mühərrikin işə salınması, nəqliyyat qoşqularının açılıb bağlanması zamanı və s.);
hərəkətdə olan nəqliyyat vasitələrinin sürücüsünün sükan arxasında öz səhhətinə görə ölməsi nəticəsində baş verdikdə;
hərəkətdə olan nəqliyyat vasitələrində texniki nasazlıqlarla bağla olmayan yanğınlar baş verdikdə.
4. DAXİLİ İŞLƏR ORQANLARINDA YOL-NƏQLİYYAT HADİSƏLƏRİNİN UÇOTU
4.1. Uçot yol-nəqliyyat hadisələrinin baş verdiyi və nəqliyyat vasitələrinin qeydiyyatda olduğu ərazi üzrə aparılır.
4.2. Yol-nəqliyyat hadisələri və onların nəticəsində xəsarət alan şəxslər barədə şifahi və ya yazılı məlumat daxili işlər orqanlarının və DYP yol patrul xidmətinin nizamı bölmələrinin növbətçi hissələrində qeydiyyata alınır.
Yoxlanıldıqdan və təxirə salınmaz tədbirlər görüldükdən sonra, bu qaydalara müvafiq olaraq uçotu tələb olunan yol-nəqliyyat hadisələri barədə məlumat xüsusi jurnalda (kitabda) qeydiyyata alınır.
4.3. Adamların ölməsi və yaralanması ilə nəticələnmiş hər yol-nəqliyyat hadisələrinə "A" tipli, maddi ziyanla nəticələnmiş hadisələrə isə "B" tipli uçot vərəqələri doldurulur və bu barədə jurnalda (kitabda) qeydiyyat aparılır. Tərtib edilmiş uçot vərəqəsinin bir nüsxəsi 3 gün müddətinə DİN-nin DYP İdarəsinə göndərilir.
4.3.1. "A" və "B" tipli uçot vərəqələrinin, onların doldurulması üçün sorğu cədvəlinin, yol nəqliyyat hadisələrinin qeydiyyat jurnalının (kitabının) formaları DİN tərəfindən müəyyən olunur.
4.4. Digər rayonun (şəhərin) qeydiyyatında olan nəqliyyat vasitəsinin iştirakı ilə baş verən, insanların zərər çəkməsi ilə nəticələnən, yol-nəqliyyat hadisələri barədə uçot vərəqəsinin əlavə nüsxəsi doldurularaq, bu rayonun (şəhərin) daxili işlər orqanlarına göndərilir.
4.5. Daxili işlər orqanları rəisləri, DYP yol-patrul xidməti nizamı bölmə komandirləri yol-nəqliyyat hadisələrinin qeydiyyata alınmasının dəqiqliyinə və uçotun dolğunluğuna görə məsuliyyət daşıyırlar.
4.6. Yol-nəqliyyat hadisələrinin uçotunun doğruluğu və qeydiyyata alınma dəqiqliyi vəziyyətinə nəzarət respublika DİN-nin Dövlət Yol Polisi İdarəsi tərəfindən aparılır.
4.7. Daxili işlər orqanları tərəfindən xidməti ərazidə baş vermiş yol-nəqliyyat hadisələri barədə, nəqliyyat vasitələrinin mənsub olduqları müəssisə və təşkilatların müdiriyyətinə-nəqliyyat vasitələrinin sahiblərinə; yarıtmaz yol şəraiti səbəbindən baş vermiş yol nəqliyyat hadisələri barədə isə bu əraziyə xidmət edən yol və kommunal orqanlarına məlumat verilir.
Məlumatların verilmə qaydası (yazılı, telefonla və s.) həmçinin, verilən məlumatın həcmi şəraitindən asılı olaraq növbətçi hissələr tərəfindən müəyyən edilir. Bu barədə jurnalda (kitabda) qeydiyyat aparılır.
4.8. Daxili işlər orqanları ayda bir dəfədən az olmayaraq nazirliklər, idarələr, nəqliyyat müəssisələri, yol kommunal və digər təşkilatlara yol-nəqliyyat hadisələri barədə məlumatların üzləşdirilməsini həyata keçirmələrinə şərait yaradır.
4.9. Şəhər, rayon daxili işlər orqanlarının Dövlət Yol Polisi tərəfindən ayda bir dəfədən az olmayaraq, qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkmiş şəxslər haqda məlumatları müalicə profilaktika müəssisələrinin, meyidxanaların, sığorta idarələrinin məlumatları ilə üzləşdirilir. Bu zaman müəyyən edilmiş yol-nəqliyyat hadisələrinin uçotu və qeydiyyata salınması bu qaydalara müvafiq olaraq aparılır.
5. HÜQUQİ ŞƏXSLƏR TƏRƏFİNDƏN YOL-NƏQLİYYAT HADİSƏLƏRİNİN UÇOTU
5.1. Baş verdiyi yerdən, nəticəsindən və sürücünün günahından asılı olmayaraq hüquqi şəxslər onlara məxsus nəqliyyat vasitələrinin iştirakı ilə bütün yol-nəqliyyat hadisələrinin uçotunu aparırlar.
5.2. Müəssisə və təşkilatlarda yol-nəqliyyat hadisələrinin uçotu yol hərəkətinin təhlükəsizliyi xidmətinin işçiləri və ya müəssisə və təşkilatın rəhbərliyi tərəfindən bu məqsədlər üçün müəyyən olunmuş şəxslər aparırlar.
5.3. Tabeliyində olan nəqliyyat vasitəsi ilə baş vermiş yol nəqliyyat hadisələri haqda məlumat yol-nəqliyyat hadisələrinin uçotu jurnalında qeydiyyata alınır.
5.3.1. Jurnalın (kitabın) forması və doldurulma qaydası tarix və vaxtı, yeri, nəqliyyat vasitəsinin markası və qeydiyyat nişanı, sürücüsünün adı və soyadı ÜHQ pozuntusu, hadisənin qeydiyyata alındığı RPŞ, həlak olan və yaralananlar, habelə dəymiş maddi ziyan və s. barədə məlumatlar göstərilməklə müəssisə və təşkilatın tabe olduğu nazirlik (baş idarə) tərəfindən müəyyən olunur. Jurnal (kitab) nömrələnməli, qaytanlanmalı, möhürlənməli və onun doldurulduğu gündən etibarən 3 il müddətinə saxlanılmalıdır.
5.4. Hüquqi şəxslər onların nəqliyyatının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi barədə tabe olduqları yuxarı təşkilatlara onlar tərəfindən müəyyən olunmuş formada, məlumat verirlər.
6. YOL VƏ KOMMUNAL TƏŞKİLATLARINDA YOL-NƏQLİYYAT HADİSƏLƏRİNİN UÇOTU
6.1. Yol və kommunal təşkilatlarının tabeliyində olan nəqliyyatla əlaqəli hadisələrdən əlavə xidməti ərazilərə daxil olan yol və küçələrdə baş vermiş bütün hadisələr uçota alınır.
6.2. Təhlükəli yol şəraitinin səbəb olduğu yol-nəqliyyat hadisələri xüsusi jurnalda (kitabda) qeydiyyata alınır, insan xəsarəti ilə nəticələnən hər bir belə hadisə barədə isə yuxarı təşkilata məlumat göndərilir.
6.2.1. Məlumatın və jurnalın forması yol və kommunal orqanlarının tabe olduğu müvafiq nazirlik (idarə) tərəfindən müəyyən olunur. Jurnal nömrələnməli, qaytalanmalı, möhürlənməli və doldurulduğu gündən etibarən 3 il müddətində saxlanılmalıdır.
6.3. Yol və kommunal orqanları yol-nəqliyyat hadisələri barədə məlumatlarını hesabat ayından sonrakı növbəti ayın 5-nə qədər daxili işlər orqanlarının məlumatları ilə üzləşdirir.
7. SƏHİYYƏ NAZİRLİYİNİN VƏ DİGƏR NAZİRLİKLƏRİN (İDARƏLƏRİN) MÜALİCƏ-PROFİLAKTİKA MÜƏSSİSƏLƏRİNDƏ YOL-NƏQLİYYAT HADİSƏLƏRİ NƏTİCƏSİNDƏ XƏSARƏT ALANLARIN UÇOTU
7.1. Yol-nəqdiyyat hadisələri ilə əlaqədar tibbi yardım almaq üçün müalicə-profilaktika müəssisələrinə müraciət etmiş və ya gətirilmiş, həmçinin hadisə nəticəsində ölmüş və meyidxanalara gətirilmiş bütün şəxslər bu müəssisələrdə xüsusi jurnalda (kitabda) qeydiyyata alınır.
7.1.1. Jurnalın (kitabın) forması Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir. Jurnal (kitab) nömrələnməli, qaytalanmalı, möhürlənməli və doldurulduğu gündən etibarən 3 il müddətinə saxlanmalıdır. Jurnalda (kitabda) xəsarət alanın haradan və kim tərəfindən gətirilməsi, onun gətirildiyi nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi, bu haqda DİO-da kimə xəbər verilməsi barədə məlumatlar olmalıdır.
7.2. Müalicə-profilaktika müəssisələri, həmçinin bütün tibb işçiləri;
nəqliyyat vasitələri ilə yetirilmiş bədən xəsarətinə görə tibbi yardım üçün onlara müraciət etmiş;
yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətdən 7 gün ərzində ölmüş şəxslər barədə dərhal daxili işlər orqanlarına məlumat verməlidirlər.
7.2.1. Pataloji anatomik bölmələrə və meyidxanalara gətirilən yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş hər bir şəxs barədə isə onların müdiriyyəti tərəfindən dərhal daxili işlər orqanlarına məlumat verilməlidir.
7.3. Müalicə-profilaktika müəssisələri daxili işlər orqanlarının tələbi ilə yol-nəqliyyat hadisələri nəticəsində qospitallaşdırılmış, əmək qabiliyyətini itirmiş və ya ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicə təyin olunmuş şəxslər barədə sənədlər (arayış) verirlər.
8. Yol nəqliyyat hadisələri və yol nəqliyyat hadisələrində zərər çəkmiş şəxslər barədə hesabat xarakterli məlumatların forması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilir və Azərbaycan Respublikası DİN ilə razılaşdırılır.
9. Yol nəqliyyat hadisələri, yol nəqliyyat hadisələrində zərər çəkmiş şəxslər barədə məlumatlar DİN-in DYP idarəsində ümumiləşdirilərək rüblük olaraq, ilin əvvəlindən artım üzrə yekun hesabat Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə təqdim edilir.
 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması
QAYDASI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qayda "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa* əsasən hazırlanmışdır və bu Qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş miqdarda ödənilən cərimələrdən toplanan vəsaitin yol hərəkətinin təhlükəsizliyi tədbirlərinə istifadəsi qaydasını müəyyən edir.[6]
2. CƏRİMƏLƏRDƏN DAXİL OLAN VƏSAİTLƏRİN TƏYİNATI ÜZRƏ İSTİFADƏSİNƏ NƏZARƏT
2.1. Cərimələrdən daxil olan vəsait aşağıdakı təyinat üzrə istifadə olunur:
2.1.1. yol hərəkətinin təhlükəsiz təşkili tədbirlərinin maliyyələşdirilməsinə;
2.1.2. yol hərəkətini nizamlama vasitələrinin, yol nişanlarının tətbiqi ilə bağlı xərclərin ödənilməsinə;
2.1.3. DYP-nin texniki vasitələrlə təminatının təkmilləşməsinə;
2.1.4. yol hərəkətinə nəzarət üçün müasir ölçü cihazlarının alınmasına;
2.1.5. qəza-xilasedici avadanlıqların alınmasına;
2.1.6. cərimələrin ödənişi üçün inzibati protokolların blanklarının, cərimə qəbzlərinin, qeydiyyat jurnallarının və s. çap məhsullarının hazırlanmasına;[7]
2.1.7. inzibati materialların göndərilməsi ilə bağlı poçt xərclərinin ödənilməsinə;
2.1-1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunur.[8]
2.2. Qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin bu Qaydalarla təsdiq olunmuş istifadəsinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi nəzarət edir.
 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu
QAYDASI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.2-ci, 151.3-cü, 151.3-1-ci, 151.3-2-ci, 151-1.2-ci, 151-1.3-cü, 151-1.4-cü, 155.3-cü və 158-1.3-cü maddələrində göstərilmiş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotunun aparılması bu Qayda ilə tənzimlənir.[9]
 
2. CƏRİMƏ BALLARI TƏTBİQ EDİLƏN YOL HƏRƏKƏTİ QAYDAPOZMALARI
2.1. Cərimə balları Qanuna müvafiq olaraq, sürücülərə aşağıdakı qayda pozuntularına görə inzibati tənbeh tətbiq edildikdən sonra təyin edilir:
2.1.0. yolda müəyyən edilmiş hərəkət sürətinin 20-40 km/saat həddində aşılması;[10]
2.1.1. yolda müəyyən edilmiş hərəkət sürətinin 40-60 km/saat həddində aşılması;[11]
2.1.2. svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi;
 2.1.3. 3.1 “Giriş qadağandır“ yol nişanı tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yol ayrıcını keçmə qaydalarının pozulması;[12]
 2.1.4. ümumi istifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması;
2.1.4-1. ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılması; [13]
 2.1.5. xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi; [14]
2.1.6. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla, nəqliyyat vasitəsini tam olaraq əks-istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət edilməsi;[15]
2.1.6-1. Avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməsinə, geriyə hərəkət etməsinə və sürmə təlimi keçməsinə;[16]
2.1.7. yolda müəyyən edilmiş hərəkət sürətinin 60 km/saat həddindən artıq aşılması;
2.1.8. dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulması;
2.1.9. qəza şəraitinin yaradılmasına, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular törədilməsi;
2.1.10. yol-nəqliyyat hadisəsi yerindən yayınma, yaxud Dövlət Yol Polisi əməkdaşlarının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi;
2.1.11. dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrinin idarə edilməsi;
2.1.12. nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi;
2.1.13. nəqliyyat vasitəsini idarə etmək hüququ olan və nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edən şəxs tərəfindən bu Qaydanın 2.1.1-2.1.10-cu yarımbəndlərində nəzərdə tutulmuş pozuntuların törədilməsi;
2.1.14. qanunvericiliklə müəyyən edilmiş qaydada sərxoşluq vəziyyətinin yoxlanılması üçün nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırması.[17]
2.2. Bu Qaydanın 2.1.0-cı yarımbəndində nəzərdə tutulan pozuntuya yol verilməsi 2 balla; 2.1.1-ci, 2.1.2-2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulan pozuntulara yol verilməsi 3 balla; 2.1.4-1-ci, 2.1.6-cı, 2.1.6-1-ci, 2.1.7-2.1.11-ci yarımbəndlərində nəzərdə tutulan pozuntulara yol verilməsi 4 balla qiymətləndirilir.[18]
2.2-1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 35.2-ci maddəsində nəzərdə tutulmuş hallarda şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən xətalara aiddirsə, həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi xətaya görə müəyyən edilmiş bal təyin edilir.[19]
2.2-2. Şəxsin müxtəlif vaxtlarda törətdiyi balla qiymətləndirilən bir neçə inzibati xətaya dair işlərə baxılarkən, daha ciddi xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin edilir.
2.3. Sürücülər bir il ərzində 12 və daha çox bal topladıqda, onların nəqliyyat vasitələrini idarə etmək hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi* ilə müəyyən edilmiş müddətə və qaydada inzibati cərimə tətbiq edilmədən məhdudlaşdırılır.[20]
 
3. CƏRİMƏ BALLARI TƏTBİQ EDİLƏN QAYDAPOZMALARIN SƏNƏDLƏŞDİRİLMƏSİ
3.1. Nəqliyyat vasitəsinin sürücüsü bu Qaydanın 2.1. bəndində nəzərdə tutulmuş qaydapozmaya yol verdikdə barəsində yol polisi müfəttişi Məcəlləyə müvafiq inzibati protokol tərtib edir.
3.2. İnzibati materialların baxılma yeri və vaxtı sürücüyə bildirilir, onun hüquq və vəzifələri izah edilir.
3.3. Tərtib olunmuş inzibati material baxılıb qərar qəbul edilməsi üçün, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsinə uyğun olaraq müvafiq dövlət orqanına və ya məhkəməyə göndərilir.[21]
4. CƏRİMƏ BALLARININ TƏYİN EDİLMƏSİ VƏ UÇOTUNUN APARILMASI
4.1. Cərimə ballarının uçotu mərkəzləşdirilmiş qaydada texniki vasitələrdən istifadə edilməklə, DİN BDYPİ-nin mərkəzi məlumat bazasında aparılır. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə inzibati xətalar, həmin inzibati xətalar haqqında işlər üzrə qəbul olunan qərarlar barədə məlumatlar 1 gün ərzində texniki vasitələrdən istifadə etməklə, BDYPİ-nin mərkəzi məlumat sisteminə daxil edilir. Törədilmiş xətaya görə qanunvericiliklə müəyyən edilmiş müvafiq cərimə balı ilə bağlı sürücünün soyadı, adı, atasının adı, sürücülük vəsiqəsinin nömrəsi, nəqliyyat vasitəsininmarkası və nömrəsi, yol hərəkəti qayda pozuntusu, yeri, tarixi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi, sürücülük hüququnun məhdudlaşdırılması müddəti və tarixi, məlumatı sistemə daxil edən DYP-nin səlahiyyətli vəzifəli şəxsi barədə məlumatlar xüsusi proqram əsasında mərkəzi məlumat bazasında qeyd edilir. DYP-nin vəzifəli şəxsinin inzibati tənbeh tətbiqi barədə qərarı qanuni qüvvəyə mindikdən sonra bal təyinedilmiş hesab olunur.
Balla qiymətləndirilən xətalar haqqında işlərə baxılarkən DİN BDYP-nin mərkəzi məlumat bazasının barəsində inzibati icraat aparılan şəxslə bağlı cərimə ballarının uçotuna dair məlumatlan əsas göstərilməlidir. Cərimə ballan barədə aktiv məlumatlar bir il ərzində saxlanılır. Qüvvəsini itirmiş cərimə ballan barədə məlumatlar növbəti il müddətinə arxivləşdirilir.
4.2. Sürücülük vəsiqəsi idarə etdiyi nəqliyyat vasitəsinin kateqoriyasına uyğun olmayan sürücü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş balla qiymətləndirilən xətalan törətdikdə o, nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyətə cəlb olunur və ona törətdiyi xətaya müvafiq bal təyin edilir.
4.3. Sürücülük hüququ müəyyən müddətə məhdudlaşdırılmış şəxslərin cərimə ballan silinir və bu şəxslər həmin müddətdə yol verdikləri xətalara görə məsuliyyətə nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxs kimi cəlb edilirlər.
 
5. CƏRİMƏ BALLARININ UÇOTUNUN APARILMASINA NƏZARƏT
5.1. Yol hərəkəti qaydaları əleyhinə inzibati xətalara görə sürücülərə təyin edilmiş cərimə ballan barədə məlumatların DİN BDYPİ-nin mərkəzləşdirilmiş məlumat bazasında düzgün yerləşdirilməsinə gündəlik nəzarət iş üzrə qərar qəbul etmiş DYP hissəsinin rəhbəri tərəfindən həyata keçirilir.
5.2. Azərbaycan Respublikası DİN BDYP idarəsi tərəfindən ildə bir dəfədən az olmayaraq, DYP orqanlarında yol hərəkəti qaydaları əleyhinə inzibati xətalara görə cərimə ballan barədə məlumatların mərkəzi məlumat sisteminə daxil edilməsinin dolğunluğu yoxlanılır.[22]
 
 
* daha sonra mətndə "DİN DYP"
* bundan sonra - "Qanun"
* bundan sonra - "DYP"
* bundan sonra - "Məcəllə"
 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə
təsdiq edilmiş Qaydaya
1 NÖMRƏLI ƏLAVƏ
 
YOL HƏRƏKƏTİ QAYDALARININ POZULMASINA GÖRƏ CƏRİMƏ BALLARININ UÇOT VƏRƏQİ
üz tərəfi
YHQ pozuntularına görə cərimə ballarının uçot vərəqi 3. 4. 5. 6. 7. 8. 9
cəmi bal
Soyadı _________________________________
Adı ___________________________________
Atasının adı ____________________________
sürücülük vəsiqəsi №____________________
nəqliyyat vasitəsinin dərəcəsi_____________
Ünvanı_________________________________
________________________________________
Sürücülük hüququndan məhrum edilib:
Müddət______________________________
Tarix________________________________ 1.                                 Cərimə balı  
Qayda pozuntusu ________________________
______________________________________
______________________________________
yeri___________________________________
_______________________________________
tarix__________________________________
inz. protokol __________________________
İHHM-in maddəsi _____________________
DYP vəzifəli şəxsinin imzası_________
arxa tərəfi
2. Cərimə balı
  3. Cərimə balı 4. Cərimə balı  
Qayda pozuntusu __________
________________________
________________________
yeri_____________________
________________________
tarix_____________________
inz. protokol _____________
İHHM-in maddəsi _________
DYP vəzifəli şəxsinin imzası__________________ Qayda pozuntusu __________
________________________
________________________
yeri_____________________
________________________
tarix_____________________
inz. protokol _____________
İHHM-in maddəsi _________
DYP vəzifəli şəxsinin imzası_________ Qayda pozuntusu _________
________________________
________________________
yeri_____________________
________________________
tarix_____________________
inz. protokol ______________
İHHM-in maddəsi _________
DYP vəzifəli şəxsinin imzası_________
 
 
 
 
 
 
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
1.       24 yanvar 2008-ci il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 70)
2.       9 iyul 2001-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 512)
3.       11  avqust 2003-cü il tarixli 104 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 460)
4.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 sentyabr 2005-ci il tarixli 164 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 855)
5.       3 noyabr 2005-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1061)
6.       1 oktyabr 2007-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1013)
7.       7 fevral  2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116)
8.       20 avqust 2010-cu il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 764)
9.       16 avqust 2011-ci il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 08, maddə 781)
10.   1 sentyabr 2011-ci il tarixli 142 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 09, maddə 852)
11.   12 sentyabr 2012-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 14 sentyabr 2012-ci il, № 205)
12.   18 mart 2013-cü il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63)
 
 
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
 


________________________________________
[1] 1 oktyabr 2007-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1013) ilə Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"nin 3.4-cü bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3.4. DİN DYP İdarəsinin nəzdində fəaliyyət göstərən duracaq və qarajlarda xidmətə görə ödəniş haqqı İqtisadiyyat Nazirliyi ilə razılaşdırılan qiymət cədvəlinə uyğun tutulur.
 
[2] 11  avqust 2003-cü il tarixli 104 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 460) ilə "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Qaydaları"nın 2.2.-ci bəndində "Azəravtoyol" Dövlət Şirkəti, "Azəravtonəqliyyat" Dövlət Konserni" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz  edilmişdir.
 
[3] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 sentyabr 2005-ci il tarixli 164 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 855) ilə “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Qaydaları”nın 4.2.1-ci bəndində“hüquqpozmalar” sözü “xətalar” sözü ilə əvəz edilmişdir.
 
[4] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 sentyabr 2005-ci il tarixli 164 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 855) ilə “Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısı, uçot və hesabat qaydası”nın 2.4-cü bəndində “hüquqpozmaların” sözü “xətaların” sözü ilə əvəz edilmişdir.
 
[5] 24 yanvar 2008-ci il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 70) ilə "Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısı, uçot və hesabat qaydası"nın 3.4-cü bəndindən "Azərbaycan Respublikasının İnzibati Hüquqpozmalar haqqında, Cinayət və Cinayət-Prosessusal Məcəllələrinə müvafiq olaraq" sözləri çıxarılmışdır.
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 sentyabr 2005-ci il tarixli 164 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 855) ilə “Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısı, uçot və hesabat qaydası”nın 3.4-cü bəndində “hüquqpozmaların” sözü “xətaların” sözü ilə əvəz edilmişdir.
 
[6] 9 iyul 2001-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 512) ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması Qaydası»nın 1.1-ci bəndində «İnzibati  hüquqpozmalar haqqında» Azərbaycan Respublikasının» sözləri «Azərbaycan Respublikasının inzibati Xətalar» sözləri ilə əvəz edilmişdir.
 
[7] 1 sentyabr 2011-ci il tarixli 142 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 09, maddə 852) ilə 2.1.6-cı yarımbənddən “cərimə qəbzlərinin,” sözləri çıxarılmışdır.
 
[8] 1 sentyabr 2011-ci il tarixli 142 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 09, maddə 852) ilə 2.1-1-ci bənd əlavə edilmişdir.
 
[9] 9 iyul 2001-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 512) ilə 1.1-ci bənddə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 17-ci hissəsinin 2-ci bəndində və 79-cu maddəsinin 2-ci-4-cü bəndlərində» sözləri «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.2-ci;  151.3-cü;  151.4-cü;   155.3-cü;  və 156-cı maddələrində» sözləri ilə əvəzedilmişdir.
7 fevral  2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116) ilə 1.1-ci bənddə «151.4-cü» rəqəmləri «152-1.1-ci, 152-1.2-ci» rəqəmləri ilə əvəzedilmişdir.
12 sentyabr 2012-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 14 sentyabr 2012-ci il, № 205) ilə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nın 1.1-ci bəndə "151.3-cü;" sözündən sonra "151.3-1-ci; 151-1.2-ci; 151-1.3-cü;" sözləri əlavə edilsin və həmin bənddə "və 156-cı" sözləri "; 156-cı və 158-1.3-cü" sözləri ilə əvəz edilmişdir.
18 mart 2013-cü il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63) ilə 1.1-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.2-ci;  151.3-cü; 151.3-1-ci; 151-1.2-ci; 151-1.3-cü;  152-1.1-ci, 152-1.2-ci; 155.3-cü; 156-cı və 158-1.3-cü maddələrində göstərilmiş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotunun aparılması bu Qayda ilə tənzimlənir.
 
[10] 18 mart 2013-cü il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63) ilə 2.1.0-cı yarımbənd əlavə edilmişdir.
 
[11] 18 mart 2013-cü il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63) ilə 2.1.1-ci yarımbənddə “30-60” rəqəmləri “40-60” rəqəmləri ilə əvəz edilmişdir.
 
[12] 20 avqust 2010-cu il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 764) ilə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nın 2.1.3-cü yarımbənddə "ötmə, manevr etmə" sözləri "əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə" sözləri ilə əvəz edilmişdir.
 
12 sentyabr 2012-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 14 sentyabr 2012-ci il, № 205) ilə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nın 2.1.3-cü yarımbənddə ", 3.2 "Hərəkət qadağandır" yol nişanları" sözləri "yol nişanı" sözləri ilə əvəz edilmişdir.
 
[13] 20 avqust 2010-cu il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 764) ilə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nın yeni məzmunda 2.1.4-1-ci yarımbənd əlavə  edilmişdir.
 
[14] 20 avqust 2010-cu il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 764) ilə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nın 2.1.5-ci yarımbənddə "yol verilməməsi" sözlərindən sonra "və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi" sözləri əlavə edilmişdir.
 
[15] 12 sentyabr 2012-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 14 sentyabr 2012-ci il, № 205) ilə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nın 2.1.6-cı yarımbənd yeni redaksiyada verilmişdir.
 
əvvəlki redaksiyada:
2.1.6. 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına keçilməsi;
 
[16] 18 mart 2013-cü il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63) ilə 2.1.6-1-ci yarımbənd əlavə edilmişdir.
 
[17] 18 mart 2013-cü il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63) ilə 2.1.12-2.1.14-cü yarımbəndlər çıxarılmışdır.
 
[18] 7 fevral  2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116) ilə 2.1-ci və 2.2-ci bəndlər yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi.
2.1. Cərimə balları Qanuna müvafiq olaraq, sürücülərə aşağıdakı qaydapozmalara görə inzibati tənbeh tətbiq edildikdən sonra təyin edilir:
2.1.1. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi.
2.1.2. "Giriş qadağandır" (3.1.), "hərəkət qadağandır" (3.2.) yol nişanları tələblərinin pozulması.
2.1.3. Sərnişin daşıma qaydalarının pozulması.
2.1.4. Xüsusi səs, qırmızı və ya göy sayırışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi.
2.1.5. Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmadan, eləcə də saxta və ya dövlət standartlarına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrinin idarə edilməsi.
2.1.6. Yolda müəyyən edilmiş hərəkət sürəti həddinin 30 km/saat və artıq aşılması.
2.1.7. Dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulması.
2.1.8. Qəza şəraitinin yaradılmasına, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkət istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular törədilməsi.
2.1.9. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Dövlət Yol Polisi* əməkdaşlarının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi.
2.1.10. Nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi.
2.1.11. Nəqliyyat vasitəsində olan sahibi tərəfindən bu nəqliyyat vasitəsini idarə etmək üçün sərxoş vəziyyətdə olan şəxsə verilməsi.
2.1.12. Sərxoşluq vəziyyətinin yoxlanılması üçün müəyyən edilmiş qaydada müayinədən boyun qaçırılması.
2.2. Bu Qaydanın 2.1.1. - 2.1.4. bəndlərində nəzərdə tutulan pozuntulara görə sürücülərə 3 cərimə balı; 2.1.5. - 2.1.9. bəndlərindəki pozuntulara görə - 4 cərimə balı; 2.1.10. -2.1.12. bəndlərindəki pozuntulara görə - 5 cərimə balı təyin edilir.
 
12 sentyabr 2012-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 14 sentyabr 2012-ci il, № 205) ilə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nın 2.2-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2.2. Bu Qaydanın 2.1.1-2.1.6-cı yarımbəndlərində nəzərdə tutulan pozuntulara yol verilməsi 3 balla; 2.1.7-2.1.11-ci yarımbəndlərindəki pozuntulara görə - 4 balla; 2.1.12-2.1.14-cü yarımbəndlərindəki pozuntulara görə - 5 balla qiymətləndirilir.
 
18 mart 2013-cü il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63) ilə 2.2-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2.2. Bu Qaydanın 2.1.1-ci yarımbəndində nəzərdə tutulan pozuntuya yol verilməsi 2 balla; 2.1.2-2.1.5-ci və 2.1.7-ci yarımbəndlərində nəzərdə tutulan pozuntulara yol verilməsi 3 balla; 2.1.4-1-ci, 2.1.6-cı, 2.1.8-2.1.11-ci yarımbəndlərindəki pozuntulara yol verilməsi 4 balla; 2.1.12-2.1.14-cü yarımbəndlərindəki pozuntulara yol verilməsi 6 balla qiymətləndirilir.
 
[19] 16 avqust 2011-ci il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 08, maddə 781) ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası”na 2.2-1-ci və 2.2-2-ci bəndlər əlavə edilmişdir.
 
[20] 9 iyul 2001-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 512) ilə Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası» üzrə: 2.3-cü bənddə «İnzibati hüquqpozmalar haqqında» Azərbaycan Respublikasının» sözləri «Azərbaycan Respublikasının İnzibati Xətalar» sözləri ilə və «müvəqqəti» sözü «inzibati cərimə tətbiq edilmədən» sözləri ilə əvəz edilmişdir.
 
7 fevral  2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116) ilə 2.3-cü bənddən «cəmi» sözü çıxarılmışdır.
 
12 sentyabr 2012-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 14 sentyabr 2012-ci il, № 205) ilə 2.3-cü bənddə "10" rəqəmi "12" rəqəmi ilə əvəz edilmişdir.
 
 
[21] 9 iyul 2001-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 512) ilə Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası» üzrə: 3.3.-cü bənddə «nəqliyyat vasitəsinin qeydiyyatında olduğu rayonun (şəhərin) DYP» sözləri «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı və ya məhkəməyə göndərilir» sözləri ilə əvəz edilmişdir.
 
7 fevral  2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116) ilə 3.3-cü bənddə «orqanı və ya məhkəməyə göndərilir orqanına göndərilir» sözləri «orqanına və ya məhkəməyə göndərilir» sözləri ilə əvəz  edilmişdir.
 
20 avqust 2010-cu il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 764) ilə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nın 3-cü bənd və 1 nömrəli əlavə çıxarılmışdır.
 
[22] 7 fevral  2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116) ilə 4.6-cı bənddən «cəmi» sözü çıxarılmışdır.
 
20 avqust 2010-cu il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 764) ilə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nın 4-cü və 5-ci bəndlər yeni redaksiyada verilmişdir.
 
əvvəlki redaksiyalarda deyilirdi:
4. CƏRİMƏ BALLARININ TƏYİN EDİLMƏSİ VƏ UÇOTUNUN APARILMASI
4.1. Cərimə ballarının uçotu nəqliyyat vasitəsinin qeydiyyatda olduğu ərazi üzrə DYP orqanında aparılır.
4.2. Bu Qaydanın 2.1. bəndində nəzərdə tutulan yol hərəkəti qaydapozmaları üzrə DYP-nin vəzifəli şəxsi bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun qeydiyyat vərəqi tərtib edərək cərimə balını qeyd və imzası ilə təsdiq edir.
4.3. DYP-nin vəzifəli şəxsi qanun pozuntusuna uyğun müvafiq tənbeh cəzasının tətbiqi barədə qərar verir.
4.4. Qeydiyyat vərəqələrindəki məlumat kompüterə daxil edilir və vərəqlər xüsusi kartotekada toplanır. Qeydiyyat vərəqələri tərtib olunduğu gündən etibarən iki il müddətində saxlanılır.
4.5. Təkrar qayda pozuntusuna görə cərimə balı sürücünün qeydiyyat vərəqəsində müvafiq hissənin doldurulması, balların cəminin göstərilməsi və məlumatın kompüterə daxil edilməsi ilə həyata keçirilir.
4.6. Bir il ərzində 10 və daha artıq cərimə balı toplamış şəxsin sürücülük hüququ müvəqqəti məhdudlaşdırıldıqda, bu barədə qeydiyyat vərəqində məhdudlaşma müddəti və qərarın qəbul edilmə tarixi qeyd edilərək, vərəq arxivə verilir.
4.7. Sürücülük hüququndan müvəqqəti məhrum edilmiş şəxslərin cərimə balları silinir və bu şəxslər məhrum edilmə müddətində yol verdikləri qayda pozmaya görə məsuliyyətə idarə etmə hüququ olmayan şəxs kimi cəlb edilirlər.
4.8. Sürücülük hüququ məhdudlaşdırılan şəxslərin sürücülük vəsiqələri saxlanılması üçün ərazi üzrə DYP-nin qeydiyyat-imtahan bölməsinə göndərilir və bu müddət başa çatdıqdan sonra müəyyən qaydada sahibinə qaytarılır.
5. CƏRİMƏ BALLARININ UÇOTUNUN APARILMASINA NƏZARƏT
5.1. Cərimə ballarının uçotunun və müvafiq kartotekanın aparılmasına gündəlik nəzarət DYP orqanının rəhbəri tərəfindən həyata keçirilir.
5.2. Azərbaycan Respublikası DİN DYP idarəsi tərəfindən iki ildə bir dəfə DYP orqanlarında yol hərəkəti qaydapozmalarına görə cərimə ballarının uçotunun aparılmasına nəzarət yoxlamaları keçirilir.
5.3. Yoxlama zamanı aşağıdakı xüsusatlar öyrənilir:
5.3.1. Qeydiyyat vərəqələrinin düzgün tərtib olunması.
5.3.2. Təyin edilən cərimə ballarının qanunauyğunluğu.
5.3.3. Qeydiyyat vərəqələrinin saxlanılması, cərimə ballarının onlara qeyd edilməsi vəziyyəti.
5.3.4. DYP orqanında cərimə ballarının kartoteka və kompüter uçotunun aparılması vəziyyəti.
5.3.5. Cərimə balları üzrə sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılmasının qanunauyğunluğu.
5.3.6. DYP əməkdaşlarının bu Qayda üzrə biliklərinin qiymətləndirilməsi.
5.4. Yoxlamanın nəticələri yazılı arayışla DYP İdarəsi rəhbərliyinə məruzə olunur, sonuncu aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görür.