Baş səhifə » Beynəlxalq əlaqələr » Beynəlxalq təşkilatlarla əməkdaşlıq » Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı
Международный Союз Автомобильного Транспорта
International Road Transport Union (IRU)

 1948-ci ilin mart ayında 8 Avropa ölkəsinin (Belçika, Böyük Britaniya, Danimarka, İsveç, İsveçrə, Fransa, Niderland və Norveç) avtoyol və avtonəqliyyat assosiasiyasının təşəbbüsü ilə milli assosiasiyaları və beynəlxalq avtomobil daşıyıcıları ittifaqını birləşdirən beynəlxalq qeyri-hökumət təşkilatı kimi yaradılıb.

Bu ittifaqın əsas məqsədi avtomobil daşıyıcılarının və ümumilikdə avtomobil nəqliyyatı iqtisadiyyatının maraqlarına uyğun beynəlxalq avtomobil nəqliyyatının inkişafına yardım etmək, peşəkar nəqliyyatçıların maraqlarının qorunması və onların əməyinin yüngülləşdirilməsidir. IRU düz və ya dolayısı ilə avtomobil nəqliyyatı ilə başlı bütün problemlərin öyrənilməsi və həll olunması tədbirlərini həyata keçirir, yol hərəkətinə, gömrük rəsmiyyətinə, daşımalar müqavilələrinə, yol təhlükəsizliyinə aid olan reqlamentləşdirmələrin unifikasiyası və sadələşdirilməsi məsələlərini işləyib hazırlayır.

İttifaqın rəhbər orqanı – Direktorlar Şurası, İcraedici orqanları – Rəyasət heyəti və Baş katiblikdir.

Mənzil-qərargahı Cenevrədə (İsveçrə) yerləşir. İRU-ya 74 dövlət daxildir. Azərbaycan Respublikası daxil olmaqla (noyabr 1993-cü ildən) bütün MDB-nin iştirakçı-dövlətləri İRU-nun üzvüdür.