Baş səhifə » Beynəlxalq əlaqələr » Beynəlxalq təşkilatlarla əməkdaşlıq » Beynəlxalq Nəqliyyat Forumu

Beynəlxalq Nəqliyyat Forumu
Международный Транспортный Форум
International Transport Forum (ITF)

2006-cı ilə qədər Nəqliyyat Nazirlərinin Avropa Konfransı kimi adlanan Beynəlxalq Nəqliyyat Forumu 17 oktyabr 1953-cü il tarixdə Brüsseldə 16 dövlət (Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, İtaliya, İspaniya, İsveç, İsveçrə, Fransa, Lüksemburq, Niderland, Norveç, Portuqaliya, Türkiyə və Yunanıstan) tərəfindən imzalanmış və 07 yanvar 1954-cü ildə qüvvəyə minmiş Beynəlxalq Konvensiya əsasında yaradılmışdır.
BNF-in məqsədləri: beynəlxalq əhəmiyyəti olan daxili Avropa nəqliyyatının effektiv istifadəsi və səmərəli inkişafı üçün tədbirlərin qəbul edilməsi; üzv-ölkələrin milli orqanlarının daxili nəqliyyat sahəsindəki fəaliyyəti nəzərə alınmaqla daxili Avropa nəqliyyatı ilə məşğul olan beynəlxalq təşkilatların fəaliyyətinin əlaqələndirilməsi və gücləndirilməsi.
Göstərilmiş məqsədlərə nail olmaq üçün BNF daxili Avropa nəqliyyatının ümumi vəziyyətini və müxtəlif problemlərini öyrənir və nəqliyyat məsələləri ilə məşğul olan üzv-ölkələrə və beynəlxalq təşkilatlara bu sahədə tövsiyyələr verir.
BNF-in orqanları: Nazirlər Şurası, Müavinlər Komitəsi, Katiblik, İxtisaslaşdırılmış komitələr və İşçi qrupları (daimi və müvəqqəti).
Mənzil-qərargahı Parisdə (Fransa) yerləşir. 54 dövlət BNF-in üzvüdür. Azərbaycan Respublikası 1998-ci ilin may ayından üzv hesab edilir.