Baş səhifə » Beynəlxalq əlaqələr » Beynəlxalq təşkilatlarla əməkdaşlıq » BMT

Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası
Европейская Экономическая Комиссия Организации Объединенных Наций
Europe Economy Commission of United Nation Organization (UNECE)

Avropa İqtisadi Komissiyası 1948-ci ildə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına dəstək üçün təsis olunmuşdur. Komissiyanın Daxili Nəqliyyat Komitəsi bütün növ nəqliyyat sahəsində əməkdaşlığın regional miqyasda inkişafı üçün hökumətlərarası orqan kimi yaradılmışdır. Komitə məlumat mübadiləsi və ümumilikdə nəqliyyat problemlərinin müzakirəsi üçün forumdur, eləcə də çərçivəsində beynəlxalq sazişlər bağlanan və beynəlxalq tövsiyyələr hazırlanan bir orqandır. Komitə çərçivəsində müxtəlif nəqliyyat növləri üzrə işçi qrupları yaradılmışdır. Avtomobil nəqliyyatı üzrə, dəmir yolu nəqliyyatı üzrə və daxili su nəqliyyatı üzrə işçi qrupları fəaliyyət göstərir. Bu qruplar müxtəlif məsələlərə dair xüsusi yaradılan köməkçi işçi orqanlar, ekspert qrupları və müzakirə qrupları sistemin fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirirlər. Eləcə də, bilavasitə Komitənin himayəsi altında fəaliyyət göstərən bir sıra ekspert qrupları vardır. Bunların arasında nəqliyyat statistikasına dair, tez xarab olan ərzaqların daşınmasına dair, təhlükəli yüklərin daşınmasına dair, qarışıq daşımalara dair, gömrük məsələlərinə dair, nəqliyyat sahəsində tendensiya və siyasətə dair, nəqliyyatın iqtisadiyyatına dair ekspertlər qrupu vardır. Bu qrupların statusu bütün nəqliyyat növləri üçün ümumi problemlərin istifadəsinə dair həyata keçirilən işlə şərtləndirilmişdir.
DNK AİK-in köməkçi orqanıdır və AİK-in üzv-ölkələri DNK-in üzvləridir. DNK-in işi haqqında hesabatlar AİK-in illik sessiyalarında baxılır.
DNK-in mənzil-qərargahı Cenevrədə (İsveçrə) fəaliyyət göstyərir. DNK-in fəaliyyətində 56 ölkə iştirak edir. Azərbaycan Respublikası daxil olmaqla (30 iyul 1993-cü ildə) bütün MDB üzv-dövlətləri DNK-in üzvüdür.
 
Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiya
Экономическая и Социальная Комиссия Организации Объединенных Наций для Азии и Тихого Океана 
United Nation Economic and Social Commission for Asia and the Pacific (ESCAP)

Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiya 1947-ci ildə yaradılmışdır.
ESCAP-ın və onun orqanlarının fəaliyyəti regionda əsas sosial-iqtisadi problemlərə baxılmasından, onların həllinə dair tövsiyələrin hazırlanmasından, regional və subregional əməkdaşlığa dair praktiki tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Ali orqan – Baş Assambleya. İcraedici orqan – Katiblik. Katiblik 9 məqsədli və 3 xidməti şöbələrdən ibarətdir: Beynəlxalq ticarət və iqtisadi əməkdaşlıq, Sənaye və texnologiyalar, Ətraf mühitin problemləri və təbii sərvətlər, Əhalinin sosial inkişafı, Kənd və şəhərlərin inkişafı, Nəqliyyat, rabitə və turizm, Statistika, İnzibati, Proqramın həyata keçirilməsinə nəzarət və Məlumat təminatı.
ESCAP-ın Baş sessiyalararası orqanı – Regional iqtisadi əməkdaşlığa dair Komitə və İdarəetmə qrupu. Tematik oraqanlar: Ətraf mühit və sabit inkişafa dair Komitə, İqtisadi artım və sosial inkişaf əsasında yoxsulluğa qarşı mübarizə Komitəsi. Sahə orqanları: Nəqliyyat və rabitə üzrə Komitə, Statistika üzrə Komitə.
Hazırda ESCAP-ın 53 üzvü və 9 əlaqələndirici üzvü vardır. Azərbaycan Respublikası bu Komissiyaya 1993-cü il 31 iyul tarixində daxil olmuşdur.
Mənzil-qərargahı Banqkokda (Tailand) yerləşir.
 
Beynəlxalq Mülki Aviasiya Təşkilatı
Международная Организация Гражданской Авиации
International Civil Aviation Organization (ICAO)

07 dekabr 1944-cü ildə 52 dövlətin iştirak etdiyi Çikaqo Konfransında yaradılıb.
Mülki aviasiya sahəsində ən böyük və nüfuzlu təşkilat beynəlxalq standartların, beynəlxalq mülki aviasiya fəaliyyətinin texniki, iqtisadi və hüquqi sahəsində təcrübə və qaydaların işlənib hazırlanmasına cavabdeh olan BMT-nin ixtisaslaşdırılmış təsisatıdır. İKAO-nun fəaliyyəti bütün dünyada uçuşların təhlükəsizliyinə və mülki aviasiyanın ardıcıl inkişafının təmin edilməsinə yönəldilmişdir.
İKAO-nun əsas idarəedici və işçi orqanları: Assambleya, Şura, daimi komitələr, Katiblik.
Mənzil-gərargah Monrealda (Kanada) yerləşir.
İKAO-nun 188 üzvü var. Azərbaycan Respublikası daxil olmaqla (09 oktyabr 1992-ci ildə) bütün MDB-nin iştirakçı-dövlətləri İKAO-nun üzvüdür. MDB-nin Dövlətlərarası Aviasiya Komitəsi İKAO-da Hökumətlərarası təşkilat kimi qeydiyyatdan keçib.
 
Avropa Mülki Aviasiya Konfransı
Европейская Конференция Гражданской Авиации
European Civil Aviation Conference (ECAC)

Mülki Aviasiyanın Avropa Konfransı 1954-cü ildə təsis edilmişdir. Məqsədləri – Avropanın hava nəqliyyatının problemlərinin oyrənilməsi, regionda onun əlaqələndirilməsinə və inkişafına yardımın göstərilməsi, İCAO ilə əməkdaşlıq. Vəzifəsi – məsləhətçi. Üzvləri – Qərbi Avropa ölkələri və Türkiyə.
Ali orqan – Plenum Komissiyası. İcraedici orqan – Əlaqələndirici Komitə. Mülki Aviasiyanın Avropa Konfransı üçün əksər inzibati və texniki xarakterli vəzifələri İCAO-nun Regional Bürosu həyata keçirir.
Mənzil-qərargahı Parisdə (Fransa) yerləşir. 41 dövlət, o cümlədən Azərbaycan Respublikası (noyabr 2002-ci il) Konfransın üzvüdür.
 
Beynəlxalq Dəniz Təşkilatı
Международная Морская Организация
International Maritime Organization (IMO)

1948-ci il 19 fevral 06 mart tarixlərində Cenevrədə (İsveçrə) keçirilmiş xüsusi Konfransın işində iştirak edən 32 dövlət və 9 beynəlxalq təşkilatın nümayəndələrinin təşəbbüsü ilə yaradılmışdır. Təşkilatın yaranma prosesi 1959-cu ilin yanvar ayında çağırılmış İMO Assambleyasının 1-ci sesiyasında tamamlanmışdır.
İMO-nun fəaliyyətinin 4 əsas istiqaməti vardır: dənizdə təhlükəsizlik, çirkənmənin qarşısının alınması, rəsmi işlərin sadələşdirilməsi, texniki yardımın göstərilməsi. Bu vəzifələr dənizçilik məsələlərinə dair beynəlxalq konvensiyaların və sair sənədlərin layihələrinin hazırlanması, dənizçilik təhlükəsizliyinin müxtəlif məsələlərinə dair tövsiyələr, məcəllələr, standart və təlimatların işlənib hazırlanması və təsdiq edilməsi, dəniz gəmiçiliyinin konkret problemlərinin öyrənilməsi və maraqlı dövlətlərə tədqiqatların nəticələrinin verilməsi yolu ilə həyata keçirilir.
İMO-nun idarəedici və işçi orqanları: Ali orqan – Assambleya (təşkilatın bütün üzvlərindən ibarətdir), Dənizdə Təhlükəsizlik üzrə Komitə, Dəniz Mühitinin Qorunmasına dair Komitə, Texniki Əməkdaşlığa dair Komitə, Şura,  İcraiyyə orqanı, Katiblik və s.
Mənzil-qərargahı Londonda (Böyük Britaniya) yerləşir.
İMO-ya 157 dövlət daxildir. 1995-ci ildən Azərbaycan Respublikası İMO-ya üzv seçilmişdir.
 
Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqram
Специальная Программа для Экономик Центральной Азии
Special Programme for the Economies of Central Asia (SPECA)

Proqram 1997-ci ildə Qzaxıstanın təşəbbüsü ilə təşkil edilmiş, Mərkəzi Asiyanın 5 dövləti və BMT-nin Baş Katibi tərəfindən dəstəklənmişdir.
Proqramın məqsədi - Mərkəzi Asiya dövlətlərinə qarşılıqlı əməkdaşlığa yardımın göstərilməsi, onların iqtisadi inkişafının stimullaşdırılması və Avropa və Asiya ölkələri iqtisadiyyatlarının inteqrasiyası.
Hər iştirakşı ölkə bir sahə üzrə əlaqələndirici hesab edilir. Nəqliyyat sahəsinə Qazaxıstan rəhbərlik edir.
Azərbaycan Respublikası və Əfqanıstan proqrama 2002-ci ildə qoşulmuşlar.