Baş səhifə » Qanunvericilik » Fərmanlar » "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında 4 iyul 2001-ci il, № 524

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanının 1-ci bəndinin beşinci abzasının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci hissəsində və 23-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın, 35-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 5-ci maddəsinin altıncı hissəsində, 14-cü maddəsinin dördüncü hissəsində və 16-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın, 30-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

həmin Qanunun 15-ci maddəsinin üçüncü hissəsində, 18-ci maddəsinin beşinci hissəsində (birinci halda), 19-cu maddəsinin birinci hissəsində, 26-cı maddəsinin dördüncü hissəsində və 29-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın və 29-cu maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

həmin Qanunun 18-ci maddəsinin birinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirirlər;

həmin Qanunun 22-ci maddəsinin ikinci hissəsində və 23-cü maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın, 22-ci maddəsinin dördüncü hissəsində, 38-ci maddəsinin birinci və dördüncü hissələrində, 40-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir;

həmin Qanunun 29-cu maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası həyata keçirir;

həmin Qanunun 31-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasınınİqtisadiyyat və Sənaye Nazirliyi (tariflərin razılaşdırılması hissəsində) öz səlahiyyətləri daxilində həyata keçirirlər. [1]

2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki, "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci və dördüncü hissələrində, habelə 40-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fəaliyyət barədə mütəmadi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə məlumat versin.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 4 iyul 2001-ci il
№ 524


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 1-ci hissəsinin səkkizinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.