Baş səhifə » Qanunvericilik » Fərmanlar » "Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 27 iyul 1999-cu il, № 165

"Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini tə min etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını tə min etsin və bu haqda Azərbaycan Respublikasının prezidentinə mə lumat versin;

həmin Qanunun 21-ci maddəsinin 2-ci hissəsində müəyyən edilməsi nəzərdə tutulmuş mühüm nəqliyyat obyektlərinin və xüsusi yüklərin siyahısını və onların mühafizəsi qaydalarını təsdiq etsin;

həmin Qanunun 22-ci maddəsinin 3-cü hissəsində müəyyən edilməsi nəzərdə tutulmuş təhlükəli yüklərin daşınması qaydalarını təsdiq etsin;

həmin Qanunun 22-ci maddəsinin 4-cü hissəsində müəyyən edilməsi nəzərdə tutulmuş yüksək təhlükəli zonada olmanın və orada işlərin aparılmasının qaydalarını təsdiq etsin;

həmin Qanunun 25-ci maddəsinin 1-ci hissəsində müəyyən edilməsi nəzərdə tutulmuş nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət qaydalarını təsdiq etsin;

"Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 3-cü hissəsində və 22-ci maddəsinin 6-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanına dair təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

öz səlahiyyətləri daxilində "Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, "Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 2-ci hissəsində, 22-ci maddəsinin 3-cü və 4-cü hissələrində, 25-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 27 iyul 1999-cu il
№ 165