Baş səhifə » Qanunvericilik » Fərmanlar » Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin yaradılması haqqında 5 avqust 1998-ci il, № 743

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin yaradılması haqqında

 AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

 Ölkənin nəqliyyat sisteminin inkişafı sahəsində vahid dövlət siyasətinin aparılmasını təmin etmək, iqtisadiyyatın idarəetmə strukturunu  təkmilləşdirmək məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:

 1. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi yaradılsın.

 Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ölkədə avtomobil, dəmir yolu, hava və su nəqliyyatının inkişafı, daxili  və beynəlxalq yük daşımalarının tənzimlənməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti  orqanıdır.

 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın icrasını təmin edən tədbirlər həyata keçirsin.

 3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 Bakı şəhəri, 5 avqust 1998-ci il

№ 743