Baş səhifə » Qanunvericilik » Qanunlar » Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu (Çıxarış)

Dövlət rüsumu haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Çıxarış

 

Fəsil I

Ümumi müddəalar

Maddə 1. Dövlət rüsumu anlayışı

1.1. Dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).

Heç bir hüquqi və ya fiziki şəxs dövlətin adından bu Qanunun 1.1-ci maddəsinin birinci abzasında göstərilən hakimiyyət səlahiyyətlərini həyata keçirə bilməz.

1.2. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin II hissəsinə uyğun olaraq icra hakimiyyəti orqanları qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər. 

 1.3. Bu qanunda müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının digər qanunlarında dövlət rüsumunun məbləğləri və ödənilməsi ilə bağlı müddəalar nəzərdə tutula bilməz.

Maddə 2. Dövlət rüsumunun tutulduğu hallar

2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur:

2.0.1. məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi; 

2.0.2. notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılması, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi və onun müddətinin uzadılması; 

2.0.3. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı;

2.0.3-1. sənədə apostil verilməsi; 

2.0.4. Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsi və Yol sənədinin verilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və ya vətəndaşlığından çıxma; 

2.0.5. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində konsul əməliyyatlarının aparılması;

2.0.6. standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlər, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlə digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlıhüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi; 

2.0.6-1. aktuari şəhadətnaməsinin verilməsi;

 2.0.7. xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi;

2.0.8. hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı; 

 2.0.9. qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirilmə qaydasında qeydə alınması halları istsina olmaqla) və dövlət reyestrinə daxil edilməsi;

2.0.10. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi;

2.0.11. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatı;

2.0.12. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası. 

2.0.13. Baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi;

2.0.14. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi;

2.0.15. Dənizçilik sahəsində şəhadətnamələrin, təsdiqnamələrin, gəmi reyestrindən çıxarışların, sertifikatların, dənizçinin qeyd kitabçasının və şəxsiyyət sənədinin verilməsi, kiçik həcmli gəmilərin qeydiyyata alınması, onlara gəmi biletinin verilməsi və texniki baxışın keçirilməsi, kiçik həcmli gəmilərin gəmi reyestrindən çıxarış verilməsi, kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi;

2.0.16. Mülki aviasiya sahəsində sertifikatların verilməsi, tanınması və müddətinin uzadılması, şəhadətnamələrin, habelə uçuşlara icazələrin verilməsi;

2.0.17. Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərin göstərilməsi, mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsi, habelə küçə reklamının yerləşdirilməsinə birdəfəlik icazənin verilməsi;

2.0.18. xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması;

   2.0.19. dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatının verilməsi.

 2.0.20 malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi. 

Maddə 3. Dövlət rüsumunun ödəyiciləri

3.1. Bu Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldəç edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər.

3.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlət rüsumunun bütün növlərinin ödənilməsindən azaddır.

Maddə 4. Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları

4.1. Dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə ödənilir.

Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin (müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlarda fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür.

 Müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlarda dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərə görə ödənilən dövlət rüsumlarının 30 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin və həmin qurumlarda fəaliyyət göstərən digər dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür.

 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi müvafiq icra hakimiyyəti orqanının pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının (müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlarda fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə xüsusi hesaba köçürülür.

4.3. Dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir.

4.4. Bu Qanunla dövlət rüsumunun məbləği xarici valyutada nəzərdə tutulduğu hallarda dövlət rüsumu Azərbaycan Respublikasıərazisində ödənildikdə ödəniş tarixinə Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun yalnız manatla ödənilir.

Xarici ölkədə dövlət rüsumu həmin ölkənin valyutası ilə tutulur.

 4.5. Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, bütün hallarda dövlət rüsumu tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

4.6. Dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur.

4.7. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hesabat təqdim etməlidirlər.

4.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə rüsumlar haqqında bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

Maddə 5. Düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması qaydaları

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır:

5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə;

5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə;

5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə.

5.2. Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumünun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır.

5.3. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 45 gün müddətində ona qaytarılır.

5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər.

5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 6. Dövlət rüsumu tutan orqanların məsuliyyəti

6.1. Dövlət rüsumu tutan idarə və təşkilatların vəzifəli şəxsləri rüsumun düzgün tutulması və dövlət büdcəsinə vaxtında və tam köçürülməsi üçün məsuliyyət daşıyırlar.

6.2. Dövlət rüsumunun məbləğləri barədə məlumat müvafiq xidmət göstərən dövlət orqanının olduğu binanın (otağın) görünən yerində lövhədə yerləşdirilməlidir.

Maddə 7. Dövlət rüsumunun ödənilməsinə nəzarət

Dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

 

Fəsil II

                                                          ..........

 

Maddə 10. Notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə və onun müddətinin uzadılmasına görə dövlət rüsumunun dərəcələri

 

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

10.2. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün:

 

10.2.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə

25 manat

10.2.2. müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə

50 manat

 

10.9. Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün:

 

10.9.1. qanunla müəyyən edilən bütün növbəli vərəsələrə (şəhadətnamənin qanun üzrə və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq)

20 manat

10.9.2. vərəsə digər şəxsdirsə

40 manat

 

10.11. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi üçün:

 

10.11.1. etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilərsə

10 manat

10.11.2. etibarnamə digər şəxslərə verilərsə

20 manat

 

Maddə 16. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri

 

16.6. Notariat hərəkətlərinin aparılmasına görə:

 

16.6.1. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən avtonəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən vəkalətnamələrin notariat təsdiqinə görə;

50 ABŞ dolları

16.6.3.3. avtonəqliyyatın özgəninkiləşdirilməsinə dair müqavilənin təsdiqinə görə;

100 ABŞ dolları

 

Maddə 17. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

17.1.5. Azərbaycan Respublikasının gəmi, hava və digər nəqliyyat vasitələrinin heyət üzvlərinin, habelə vətəndaşlarının ölümündən sonra qalmış əmlakının mühafizəsinə görə.

17.4. Bu Qanunun 16.6-cı maddəsində göstərilən dövlət rüsumundan əlavə vərəsələr və miras qoyanlar daşınmaz vərəsəlik əmlakının mühafizəsi üçün, otaq icarəsi, mühafizəsi, nəqliyyat, ezamiyyət, poçt, dəftərxana və sair faktiki xərcləri ödəyirlər.

 

Maddə 18. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin inteqral sxem topologiyasının və məlumat toplularının qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun dərəcələri

 

18.65. Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi:

18.65.1. Nəqliyyat vasitələrinin illik texniki baxışdan qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə:

18.65.1.1. avtonəqliyyat vasitələri üçün - 20 manat;

18.65.1.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 10 manat;

18.65.2. Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün:

18.65.2.1.  avtonəqliyyat vasitələri üçün - 20 manat;

18.65.2.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 10 manat;

18.65.3. Nəqliyyat vasitələrinin qeydiyyatına (daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə:

 18.65.3.1. avtonəqliyyat vasitələri üçün -10 manat;

18.65.3.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 5 manat;

18.65.4. Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə:

18.65.4.1. avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün - 20 manat;

18.65.4.1-1. avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə - 10 manat.

 18.65.4.2. digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün -5 manat

18.65.5. Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi:

18.65.5.1. avto-moto nəqliyyat vasitələri üçün - 18 manat;

18.65.5.2. traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün - 5 manat.

18.65.6. Dövlət qeydiyyat nişanlarının verilməsinə görə:

18.65.6.1. avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:

 

Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası

Dövlət rüsumunun məbləği (manatla)

 

seriyası müxtəlif hərflərdən ibarət olduqda

seriyası eyni hərflərdən ibarət olduqda

001, 002, 003, 004, 005, 006, 007, 008, 009

1500

2500

100, 200, 300, 400, 500, 600, 700, 800, 900

1000

1500

111, 222, 333, 444, 555, 666, 777, 888, 999

500

1000

 

18.65.6.2. bu Qanunun 18.65.6.1-ci maddəsinin cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə - 22 manat.

 18.65.6.3. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün dövlət qeydiyyat nişanlarının verilməsinə görə - 11 manat.

18.65.7. Qeydiyyat şəhadətnaməsinin verilməsi:

18.65.7.1. avto-moto nəqliyyat vasitələri üçün - 17 manat;

18.65.7.2. traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün - 5 manat.

18.65.8. Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi - 10 manat;

18.65.9. Avtomobil yollarının ayırma zolağında inşa olunan obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması - 10 manat;[

18.65.10. Avtomobil yollarının vahid dövlət reyestrindən çıxarış verilməsi üçün-10 manat.

18.67.3.2. Növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) - 1 manat

18.68. Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi - 100 manat.

 

Maddə 19. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi , nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 

19.1. Bu Qanunun 18.54-cü maddəsində göstərilən dövlət rüsumunun məbləği göndərilən materialların göndərilmə xərclərini, habelə beynəlxalq sazişlərə əsasən beynəlxalq təşkilatlara ödənilməli olan müvafiq ödənişləri əhatə etmir. 

19.3. Bu qanunun 18.65-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə görə büdcə təşkilatlarından dövlət rüsumu tutulmur.

Maddə 22. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

22.1. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) alınması üçün təqdim edilmiş sənədlərə rəy verilməsinə görə.

11 manat

22.2. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə.

110 manatdan—22000 manatadək

Maddə 23. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üzrə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

23.1. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət rüsumunun məbləği müəyyən edilmədiyi hallarda dövlət rüsumu bu Qanunun 22.2-ci maddəsində müəyyən edilmiş minimal hədd məbləğində ödənilir.

23.2.(Çıxarılıb) 

23.3. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və ya fiziki şəxsin adının, təşkilatı-hüquqi formasının dəyişdiyi halda və ya fəaliyyəti dayandırılmış xüsusi razılığın (lisenzıyanın) bərpa edilməsi hallarında xüsusi razılıq (lisenziya) yenidən rəsmiləşdirilərkən dövlət rüsumu tutulmur.  

Maddə 24. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

24.1. Giriş-çıxış və tranzit gedişinə görə:

 

24.1.1. Azərbaycan Respublikasının avtomobil daşıyıcılarının başqa ölkələrə getməsi üçün:

24.1.1.1. yük avtomobil daşıyıcılarına görə

hər bir icazə üçün 20 ABŞ dolları

21.1.1.2. sərnişin avtobusları üçün

hər bir icazə üçün 10 ABŞ dolları

24.1.2. Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olan xarici dövlətlərin yük və sərnişin avtomobil daşıyıcıları üçün giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda ödəniş haqqı:

 

24.1.2.1. yük avtomobilləri üçün

hər bir icazə üçün 100 ABŞ dolları

24.1.2.2. sərnişin avtobusları üçün

hər bir icazə üçün 50 ABŞ dolları

24.1.3. Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olmayan yük və sərnişin avtomobil daşıyıcıları üçün:

 

24.1.3.1. yük avtomobilləri üçün

hər bir icazə üçün 150 ABŞ dolları

24.1.3.2. sərnişin avtobusları üçün 

hər bir icazə üçün 75 ABŞ dolları 

24.2. Xarici avtomaşınların Azərbaycan Respublikası ərazisində yüklənməsinə görə.

hər bir icazə üçün 100 ABŞ dolları

24.3. Üçüncü ölkəyə və üçüncü ölkədən daşımalar üçün.

hər bir icazə üçün 600 ABŞ dolları

24.4. Xarici nəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə yüksüz daxil olması üçün:

 

24.4.1. yük avtonəqliyyat vasitələrinin yüksüz daxil olması üçün;

hər bir icazə üçün 350 ABŞ dolları

24.4.2. avtobusların sərnişinsiz daxil olması üçün.

hər bir icazə üçün 80 ABŞ dolları

24.5. İri tonnajlı xarici yük avtonəqliyyat vasitələrinin Bakı, Sumqayıt və Gəncə şəhərlərinə daxil olması üçün

hər bir icazə üçün 25 ABŞ dolları

24.6. Dövlətlərarası sazişləri pozan xarici avtomobil daşıyıcıları Azərbaycan Respublikası ərazisindən çıxdıqda.

hər bir icazə üçün 400 ABŞ dolları

24.7. Avropa Nəqliyyat Nazirlər Konfransı"nın jurnallarının satışı;

 

hər bir vahidinə görə 500 ABŞ dolları

Maddə 25. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun tutulmasının xüsusiyyətləri

Azərbaycan Respublikasının avtomobil daşıyıcılarına digər dövlətlərdə bu Qanunla müəyyən edilmiş dövlət rüsumundan əlavə dövlət rüsumu tətbiq edildikdə həmin ölkələrin avtomobil daşıyıcılarına eyni qaydada dövlət rüsumu tətbiq edilir.

 

Maddə 31. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilən hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

31.3. Küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik icazənin verilməsi:

 

31.3.1. Bakı şəhəri üzrə

70 manat

31.3.2. Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə       

50 manat

 

31.3.3. digər regionlar

35 manat

 

 

Azərbaycan Respublikasının Prezidenti

 HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 4 dekabr 2001-ci il
№ 223-IIQ